Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlanıb
Tarix: 20.05.2019 | Saat: 13:10:00
Bölmə:Hadisə | çapa göndər

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğundan saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf rəngli sellofana bükülü 2 ədəd bağlama və həmin bağlamalardan birinin içərisində 6 ədəd büküm aşkarlanıb. Baxış zamanı 1 ədəd bağlamada təqribi çəkisi 16,13 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 2 ədəd bükümdə təqribi çəkisi 2,17 qram təşkil edən ağ rəngli, kristal formada psixotrop maddə - metamfetamin, 4 ədəd bükümdə isə təqribi çəkisi 4,46 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək aşkar olunub.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019