Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Rayonlarda texnika çatışmazlığı - Hektarlarla ərazidə otu əllə biçməyə məcburuq...
Tarix: 20.05.2019 | Saat: 13:35:00
Bölmə:Sosial | çapa göndər

Yaz-yay aylarının gəlişi özü ilə bir sıra problemləri də gətirmiş olur. Demək olar ki, hər il rayon və kənd yerlərində kənd təsərrüfatı ilə məşğul olanlar texnika problemi yaşayırlar. İlk növbədə ot biçini başlasa da, bəzi rayonlarda insanlar əl ilə biçməli olurlar. Şəxsi fəaliyyət göstərən texnika sahibləri yalnız öz istədikləri kimi xidmət göstərirlər. Bəzən isə ümumiyyətlə, belə texnika da olmur. Hazırda da ot biçini başlayıb və bu kimi problemlər ilə əhali üz-üzədir.

Hafta.az saytına Yardımlı rayonundan bu kimi problemlə bağlı müraciət daxil olub. Bildirilir ki, kənd camaatı otunu biçdirə bilmir. Səbəb texnikanın yoxluğudur. Fərdi sahibkar da bu işdə maraqlı deyil. İnsanlar böyük hektarlarla əraziləri əl ilə biçməyə məcburdurlar.

Həmçinin bu problem iyul-avqust ayında taxıl biçinləri vaxtı görmək olar. Kombayn çatışmazlığına görə taxıl isti yay günlərində məhv olur.

Xatırladaq ki, “Aqrolizinq ASC”nin rayon bölmələri nümayəndəliyi fəaliyyət göstərir. Masallı-Yardımlı Birliyi ilə əlaqə saxladıq, onlar bu işə baxmadıqlarını bildirirlər. Bununla bağlı birbaşa Yardımlı rayonun aidiyyatı orqanlara müraciət etməyimizi deyirlər.

Atalar misalı var: ağa deyir sür dərəyə, sürməlisən. Biz də bu minvalla Yardımlı rayonu üzrə aidiyyəti orqanlarla əlaqə saxladıq. Oradan da bildirdilər ki, rayonda kifayət qədər texnika var: “Aqrolizinq” ASC tərəfindən rayona texnika ayrılmayıb. Fərdi texnikalardır ki, onlar da pul qazanmaq üçün işə çıxırlar. Əgər kimsə keçən il pulunu verməyibsə, bu il onun işini görməkdən boyun qaçırırlar.

Beləliklə problemlər də qalır Allah ümidinə...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019