Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Tacikistanda dustaqlar qiyam qaldırdı - 32 nəfər ölüb
Tarix: 20.05.2019 | Saat: 12:55:00
Bölmə:Dünya | çapa göndər

Tacikistanın paytaxtı düşənbə şəhəri yaxınlığında yerləşən həpsxanada qiyam baş verib.

Hafta.az yazır ki, hadisə Düşənbənin 15 kilometrliyində yerləşən "Vəhdət" həpsxanasında baş verib. Sakitlik yaratmaq istəyən nəzarətçilərlə distaqlar arasında toqquşma yaşanıb. Hadisə nəticəsində 3 nəzarətçi, 29 dustaq həlak olub.

Tacikistanın Ədliyyə Nazirliyindən verilən açıqlamada deyilir ki, qiyam, İŞİD-in Suriyadakı silahlılarına qoşularaq Suriya dövlətinə  qarşı döyüşərkən öldürülmüş keçmiş tacik komandir Halim Gülmuradovun oğlu Bəhruz Gülmurad, eləcə də digər dustaqlar Fəhrəddin Gülov, Məhəmıdullo Şaripov və Ruhulla Həsənov tərəfindən ssenariləşdirilib. Açıqlamada o da deyilir ki, qiyam zamanı 3 nəzarətçini, eləcə də dustaqlardan 5 nəfərini məhz adları çəkilən bu üç nəfər öldürüb. Üstəlik 8 məhkumun da həpsxanadan qaçmasına şərait yaradılıb. Qaçmaq istəyən 35 nəfər polis tərəfindən həps olunaraq, geri qaytarılıb.

Hadisə ilə bağlı Tacikistan prokurorluğu tərəfindən istintaq aparılır.

Mütəxəssislər bildirir ki, hazırda ölkədəki həpsxanalarda saxlanılan dustaqlar arasında aşırı islamçılıq geniş yayılmaqdadır.

Xatırladaq ki, ötən ilin noyabr ayında Tacikistanın şimalında yerləşən "Hocand" həpsxanasında da qiyam qalxmışdı. Nəticədə 2 nəzarətçi və 25 məhkum həlak olmuşdu.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019