Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır - Əli Əhmədov
Tarix: 20.05.2019 | Saat: 13:38:00
Bölmə:Siyasət | çapa göndər

Bu gün Yeni Azərbaycan Partiyası ilə Mədəniyyət Nazirliyi arasında Azərbaycan dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə fəaliyyət planına dair kommunike imzalanıb.

Hafta.az-ın məlumatına görə, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – İcra katibi Əli Əhmədov deyib ki, Partiya təkcə siyasi sahədə deyil, eyni zamanda mədəni sahədə də aktiv fəaliyyət göstərir.

Bu gün YAP-ın 740 min nəfər üzvü olduğunu deyən Ə.Əhmədov bildirib ki, partiyada xeyli sayda Azərbaycanın tanınmış mədəniyyət işçiləri təmsil olunur:

"YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır”.

İcra katibi vurğulayıb ki, YAP Mədəniyyət Nazirliyi ilə birlikdə tədbirlər həyata keçirəcək. Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayevlə danışıqlar aparılıb: “Tədbirlərin bir hissəsi “Nəsimi ilİ” ilə bağlıdır. YAP-ın üzvü olan gənc müğənnilərin konsertləri nəzərdə tutulur. Həmçinin nazirliklə birgə teatr və muzeylərdə görüşlərin keçirilməsi nəzərdə tutulur”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019