Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Əli Kərimli görür ki, getdikcə daha çox təklənməyə məruz qalır” – Elman Məmmədov
Tarix: 20.05.2019 | Saat: 13:12:00
Bölmə:Siyasət | çapa göndər

Bir neçə gün öncə vaxtilə Azərbaycan hakimiyyətinə kəskin mövqedə dayanan şəxslərdən biri – “Meydan tv” layihəsinin keçmiş rəhbəri Emin Milli açıqlama verdi. Bildirdi ki, nifrət dili ilə danışdığına görə hazırkı Azərbaycan hakimiyyətindən və müxalifət təmsilçilərindən üzr istəyir. O, açılımın, cəmiyyətdaxili dialoqun tərəfdarı olduğunu ifadə etdi.

Amma Emin Millinin bu bəyanatı, daha doğrusu, sosial şəbəkədə ifadə etdiyi bu fikirlər radikal müxalifətin rəhbəri olaraq adlandırılan Əli Kərimlinin qəzəbinə səbəb oldu. Bir az yumşaq ifadə etsək, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Emin Millinin bu bəyanatını, üzrünü həzm və qəbul edə bilmədi. Hiddətindən doğan bəyanatlar səsləndirdi. Bu fikirlərin alt qatında “Emin Millinin müxalif düşərgəyə xəyanəti” aydınca hiss olunurdu. Bəs Əli Kərimlini açılım və dialoq məsələsində hiddətləndirən nədir?

Millət vəkili Elman Məmmədov hafta.az-a açıqlamasında bildirib ki, Əli Kərimlinin bu cür ritorikalarını başa düşmək çox asandır. Sadədir. AXCP sədri Əli Kərimli görür ki, o, getdikcə daha çox təcrid olunmağa və təklənməyə məruz qalır:

“Yəni, onun bu illər ərzində müxalifət düşərgəsindəki fəaliyyəti o düşərgənin özündə çox ciddi narazılıqlar yaradıb. Etimadsızlıqlar formalaşdırıb. Ona görə də Əli Kərimli bu dialoq məsələsindən çox narahat olur. Təşvişə düşür. Meydanda tək qalacağından qorxur. Onun çirkin, yarıtmaz fəaliyyətinə son qoyulacaq. Məsələnin, AXCP sədrinin narahatlığının birinci və əsas tərəfi budur”.

“Sual versəniz ki, mən qütbləşmə yoxsa, dialoq tərəfdarıyam? – cavabım bu olar ki, mən dialoq tərəfdarıyam. Hər bir Azərbaycan vətəndaşı siyasi əqidəsindən, tutduğu yoldan, siyasi və əməli iş fəaliyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ilə dialoqda olmalıdır. Həmişə bir-birləri ilə danışığa getməlidirlər. Hər bir məsələdə müəyyən danışıqlar aparıb ortaq məxrəcə gəlməlidirlər. Mənə elə gəlir ki, bu düzgün seçim yoludur”, – bunu da millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili hesab edir ki, söhbət radikallıqdan və qanunazidd hərəkətlərdən getmir:

“Söhbət ondan gedir ki, dünyada 50 milyondan artıq azərbaycanlının bir Vətəni var. O da Azərbaycan Respublikasıdır. Azərbaycan dövlətidir. Hər bir azərbaycanlı özünün fəaliyyəti, əməli ilə ölkəmizin inkişafına, çiçəklənməsinə, möhkəmlənməsinə, bütövləşməsinə kömək edə bilər. Mən iqtidarı təmsil edən bir millət vəkili, Yeni Azərbaycan Partiyasının üzvü kimi tam qətiyyətlə deyə bilərəm ki, dövlət başçımız, partiyamızın sədri cənab İlham Əliyev və ondan aşağıdakı bütün qurumlar, strukturlar dialoqda olmağa, fikir mübadiləsi aparmağa, müəyyən məsələləri birgə müzakirəyə çıxarmağa maraqlı olublar. Xalqı dinləyiblər. Onları maraqlandıran, narahat edən məsələlərin həllini tez bir zamanda həll etməyə çalışıblar. Mən hər zaman bunu alqışlamışam. Bu belə olmalıdır”.

Millət vəkili vaxtilə Azərbaycan dövlətinə və hakimiyyətinə radikal münasibət bəsləyənlərin bu gün açılım tərəfdarı olmasına da münasibət bildirib. Elman Məmmədov deyib ki, hamının həyatında müəyyən səhvlər olur. Həyat və fəaliyyətlərində müəyyən hərəkətlərə yol verirlər:

“Ancaq elə bir dövr gəlir ki, o insan dərk edir ki, bu yol düzgün deyil. Həmin səhv yoldan qayıtmağın lazım olduğunu anlayır. Deyir ziyanın yarısından da qayıtmaq xeyirdir. Məsələn, çox qatı cinayət törətmiş insan həbs edilir. Məhkəmənin hökmü ilə cəzasını alır. Ancaq o, həbsdə olduğu müddətdə sanki islah olur. Tərbiyələnir. Həbsdən çıxanda isə tam normal vətəndaş kimi cəmiyyətə qarışır. Cəmiyyətdə qanunauyğun həyat fəaliyyətinə başlayır. Hesab edirəm ki, siyasi əqidəsindən asılı olmayaraq hamı ilə Azərbaycan konstitusiyasına, qanunlarına uyğun şəkildə, dövlətçiliyimizin, millətimizin xeyrinə dialoqa getmək məqsədəuyğundur”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019