Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
BMU rektoru Gürcüstan Texniki Universitetinin fəxri doktoru seçilib
Tarix: 20.05.2019 | Saat: 13:11:00
Bölmə:Sosial | çapa göndər

Müasir elmi biliklərə yiyələnmiş akademik heyətə və innovativ maddi-texniki bazaya sahib olan Bakı Mühəndislik Universiteti (BMU) bu günlərdə Gürcüstan Texniki Universiteti (GTU) ilə əməkdaşlığa start verib.  

Hafta.az yazır ki, GTU rəhbərliyinin dəvəti ilə BMU-nun rektoru, professor Havar Məmmədov Gürcüstanda olub. Rektor səfər zamanı əvvəlcə ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənovla birlikdə Heydər Əliyev parkında Ulu öndərin abidəsini ziyarət edib. Sonra GTU-da əməkdaşlıq müqaviləsi imzalanması məqsədilə tədbir keçirilib.

GTU rektoru Arçil Pranqişvili bildirib ki, bu gün Gürcüstanla Azərbaycan arasında münasibətlər digər sahələrlə yanaşı elm və təhsil sahəsində də uğurla inkişaf edir. Rektor rəhbərlik etdiyi universitetin BMU ilə əməkdaşlığının genişlənməsində maraqlı olduğunu vurğulayıb və bildirib ki, imzalanan memorandum əlaqələrin inkişafında mühüm rol oynayacaq.

Professor Havar Məmmədov Azərbaycanla Gürcüstan arasında dostluq münasibətlərinin tarixinə nəzər salıb. Azərbaycanın hər zaman dost gürcü xalqının yanında olduğunu, əsası Ümummilli lider tərəfindən qoyulmuş dostluq siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən rektor, bu gün də ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib. Professor Azərbaycanda təhsilin inkişafı, bu sahəyə göstərilən dövlət qayğısı, BMU-nun fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib və GTU ilə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib.

Rəsmi çıxışlardan sonra rektorlar Havar Məmmədovla Arçil Pranqişvili əməkdaşlıq memorandumu imzalayıblar. Memoranduma əsasən iki universitet arasında kadr hazırlığı, müəllim və tələbə mübadiləsi, birgə elmi konfrans və dəyirmi masaların təşkili, elmi tədqiqatların aparılması və s. kimi məsələlər nəzərdə tutulur.

Daha sonra Arçil Pranqişvili bildirib ki, Elmi Şuranın qərarı ilə texnika elmləri doktoru, professor Havar Məmmədov uzun müddət apardığı elmi araşdırmaların uğurlu nəticələrinə, dünya elminə, eləcə də Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə Gürcüstan Texniki Universitetinin fəxri doktoru adına layiq görülüb. 

Tədbirdən sonra professor Havar Məmmədov GTU-nun maddi-texniki bazası ilə tanış olub, universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Azərbaycanlı tələbələrin qayğıları ilə maraqlanan rektor onlara tövsiyələrini də verib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019