Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Əli Kərimli həmişə müxalifətçiliyi düşmənçilik hesab edib” – Tahir Rzayev
Tarix: 20.05.2019 | Saat: 15:32:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin müxalif düşərgədəki mövqeyi getdikcə zəifləyir. Bu bizim yox, müxalif kəsimin bəzi tərəfdarlarının səsləndirdiyi fikirlərdir. Səbəbi də sadədir. Azərbaycanda “azad seçki və demokratik islahatlar” tələb edən Əli Kərimli 2000-ci ildən adıçəkilən partiyanın rəhbəridir. Yəni, 19 ildir ki, AXCP-dəki kürsüsünü başqasına vermək niyyətində deyil. Bir çox müxalif və demokratik qüvvələr isə bunu üç-beş minlik siyasi qurum daxilində demokratiyanın boğulması kimi qiymətləndirir.

Hətta onun hakimiyyətə qarşı zaman-zaman sərt mövqe sərgiləməsi, öz partiyası daxilində sadəcə özünü rəhbər kimi görməsi, başqalarına fikir azadlığı verməməsi partiyanın sədr müavinlərinin istefasına, partiyadaxili bölünmələrə gətirib çıxarıb. Buna səbəb isə 19 ilin uğursuz siyasi gedişləri, ildən-ilə partiyanın nüfuzunun daha da düşməsidir.

Bir neçə gün öncə vaxtilə Azərbaycan hakimiyyətinə kəskin mövqedə dayanan şəxslərdən biri – “Meydan tv” layihəsinin keçmiş rəhbəri Emin Milli açıqlama verdi. Bildirdi ki, nifrət dili ilə danışdığına görə hazırkı Azərbaycan hakimiyyətindən və müxalifət təmsilçilərindən üzr istəyir. O, açılımın, cəmiyyətdaxili dialoqun tərəfdarı olduğunu ifadə etdi.

Amma Emin Millinin bu bəyanatı, daha doğrusu, sosial şəbəkədə ifadə etdiyi bu fikirlər radikal müxalifətin rəhbəri olaraq adlandırılan Əli Kərimlinin qəzəbinə səbəb oldu. Bir az yumşaq ifadə etsək, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Emin Millinin bu bəyanatını, üzrünü həzm və qəbul edə bilmədi. Hiddətindən doğan bəyanatlar səsləndirdi. Bu fikirlərin alt qatında “Emin Millinin müxalif düşərgəyə xəyanəti” aydınca hiss olunurdu. Görünür, Emin Millinin son zamanlar yumşalma tendesnsiyaları ilə çıxış etməsi, ifrat radikalizmin, nifrət üzərində qurulmuş siyasətin siyasi mübarizədə yerinin olmaması barədəki fikirləri cəbhəçilərin sədrinin yuxusunu ərşə çəkib. O, ehtiyat edir ki, sabah-birigün digər “siyasi mühacirlər” də Emin Milli tərzində yumlaşma metoduna əl ataraq, ölkəyə geri dönmək yollarını axtarıb-aramağa başlayacaqlar.

Bəs Əli Kərimlini açılım və dialoq məsələsində hiddətləndirən nədir?

Millət vəkili Tahir Rzayev hafta.az-a açıqlamasında bildirib ki, AXCP sədri Əli Kərimli həmişə radikal müxalif mövqedə durub. O, həmişə müxalifətçiliyi düşmənçilik hesab edib: “Əli Kərimlinin yanaşması odur ki, müxalifətdə təmsil olunan adam ancaq düşmən mövqedə olmalıdır. Fəqət, müxalifətçilik düşmənçilik deyil. Bu fikir mübadiləsidir. Dünya görüşlərinin müxtəlifliyidir. Hakimiyyətin müəyyən nöqsanlarına qarşı münasibətin bildirilməsidir. Ancaq müxalifətdə təmsil olunan insan heç vaxt dövlətinə qarşı düşmən mövqedə dayana bilməz. Ola bilər ki, hansısa rəhbərliyə, nazirə, deputata qarşı həmin adamın müxalif, əks fikirləri ola bilər. Bu düşmənçilik demək deyil. Dünya praktikasında heç bir müxalifət partiyası, onların rəhbərləri dövlətə qarşı düşmənçilik etmir. Bu qəbul olunan məsələ deyil. Ancaq Əli Kərimlinin rəhbərlik etdiyi partiya, eləcə də orada toplaşan bir çox adamlar dövlətə qarşı düşmən mövqedən çıxış edirlər. Müxalif mövqe sərgiləmirlər. Ortaya düşmən mövqeyi qoyurlar. Düşmən olduqlarını da açıq-aydın şəkildə bildirirlər”.

Millət vəkili hesab edir ki, müxalif düşərgənin xarici təşkilatlara, qurumlara ötürdüyü informasiyalarda da bunu açıq-aydın şəkildə görmək mümkündür: “Eləcə də özlərinin təşkil etdikləri mitinqlərdə də bunu aydın şəkildə müşahidə etmək olur. Mən müxalif fikirli olmanın tərəfdarıyam. Ancaq bu düşmənçiliyə çevrilməməlidir. Eyni zamanda, müxalif düşünən insanlar ölkədə inkişafı görürsə, dövlət rəhbərinin həmin qüvvələrə qarşı sağlam münasibətini görürsə, onlar başa düşməlidir ki, birliyə gəlmək lazımdır. Həmrəyliyə gəlmək vacibdir. O cümlədən, müxalifətdə olan müəyyən adamların çıxışlar edərək iqtidarla müəyyən fikir mübadiləsi aparmaq, debata çıxmaq, müəyyən görüşlərin keçirilməsi ilə bağlı təkliflər verməsi fikri alqışlanmalıdır. Çünki artıq onlar reallıqları görürlər. Görürlər ki, Azərbaycan dünyada öz sözünü deyən, öz mövqeyini bildirən, özünün inkişafı, beynəlxalq aləmdə artan nüfuzu ilə irəli gedən bir ölkədir. Əlbəttə ki, hər bir ölkədə nöqsanlar var, həmin nöqsanlara da normal şəkildə münasibət bildirilməlidir. Bütün dünyada belədir. Onlar bunu görürlər. Ona görə də sağlam qüvvələr deyirlər ki, ölkədə vətəndaş həmrəyliyi olsun. Əli Kərimlinin buna qarşı çıxması, özünün tərəfarlarına qəti tapşırıqlar verməsi, “belə məsələ ola bilməz, biz heç vaxt iqtidarla münasibət qura bilmərik, görüşlər təşkil edə, müəyyən məsələlərdə ortaq fikirlər səsləndirə bilmərik” – kimi fikirlər səsləndirməsi olduqca yanlışdır. Səhv fikirdir. Bu ölkəyə düşmənçilikdir. Əlbəttə ki, təqdir olunası hal deyil”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019
23.06.2019