Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dövlət Reklam Agentliyində Apellyasiya Şurası yaradılıb
Tarix: 20.05.2019 | Saat: 15:54:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan Respublikası Prezidentinin 6 may 2019-cu il tarixli Fərmanının icrası olaraq, açıq məkanda reklam yayımı sahəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması üzrə Dövlət Reklam Agentliyinin Apellyasıya Şurası yaradılıb.

Agentlikdən hafta.az-a verilən məlumata görə, Apellyasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında qurmaqla, sahibkarların müraciətlərinə operativ və obyektiv şəkildə baxan kollegial orqandır.

ADRA-da Şuranın yaradılması və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görülmüş, o cümlədən Şuranın və onun Katibliyinin üzvləri müəyyən olunub. 20 may 2019-cu il tarixdə Dövlət Reklam Agentliyində Şura sədrinin rəhbərliyi ilə Şuranın ilk iclası keçirilib, Şuranın fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, şikayətlərə baxılması mexanizmləri barədə Şura üzvləri, onun Katibliyi və ADRA-nın müvafiq struktur bölmələrinin rəhbərləri məlumatlandırılıb və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti tapşırıqlar verilib.

Artıq sahibkarlar özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı ADRA-nın qərarlarından, hərəkət və hərəkətsizliyindən Apellyasiya Şurasına müraciət edə biləcəklər. Yaxın zamanlarda sahibkarların həmçinin ADRA-nın rəsmi internet səhifəsi vasitəsi ilə də Şuraya elektron qaydada müraciət etmək imkanı təmin olunacaqdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019
23.06.2019