Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Döşək üzərində inqilab anonsu – Paşinyan və Köçəryan güləşinin aqibəti nə olacaq?
Tarix: 20.05.2019 | Saat: 16:59:00
Bölmə:İrəvandan xəbər var | çapa göndər

İrəvan məhkəməsi keçmiş prezident Robert Köçəryanı azadlığa buraxıb. Bundan 24 saat keçməmiş işğalçı ölkənin paytaxtında hazırkı baş nazir Nikol Paşinyanla eks-prezidentin tərəfdarları arasında toqquşmalar baş verib. İlk olaraq xırda toqquşmalarla müşaiyyət olunan “küçə müharibəsi” baş nazirin xalqa müraciətindən sonra daha da körüklənməyə başlayıb. Belə ki, Nikol Paşinyan tərəfdarlarını məhkəmənin önündə aksiyalar keçirməyə, etiraz etməyə səsləyib.

Bir ildir ki, hakimiyyətdə “kor xəlifə” funksiyasını yerinə yetirən Nikol Paşinyanın 2008-ci ilin “mart divanı”nını təşkil etməkdə əsas günahkar kimi dönəmin prezidenti Robert Köçəryanı bilir. Əli Xocalıdakı yüzlərlə günahsız insanın qanına batmış Robert Köçəryanın azadlığa çıxmasını istəməyən ən birinci şəxs də elə Paşinyanın özüdür.

Nikol Paşinyanın çağırışlarına və insanları yenidən “küçə savaşı”na səsləməsi isə başadüşüləndir. Çünki cəmi bir il bir ay əvvəl o bu yolla hakimiyyətə gəlib. Amma xalq onun çağırışlarına bir il əvvəki qədər könüllü deyil. Ona görə ki, geridə qalan 395 gün ərzində Nikol Paşinyan söz verdiyi islahatlar paketini həyata keçirmədi. Verdiyi vədləri yerinə yetirmədi. Üstəlik xalq arasındakı reytinqi “təyyarə enişi” sürəti ilə aşağı düşən hazırkı baş naziri Köçəryan xofu basıb. Çünki “Qarabağ klanı”nın əlidəyənəkli “demokratı” ona rəqib ola bilər. Keçmiş prezident Serj Sarkisyanla müqayisədə Köçəryan xalq arasında indi bir az çox nüfuza malikdir. Onun azadlığa çıxaması hazırkı hakimiyyət oliqarxlarını daha da üşütməyə başlayıb.

Üstəlik “Freedom House” kimi təşkilat da okeanın o tayından bəyanat verərək Nikol Paşinyanı “quru vəd ustası” adlandırıb. Bəyanatda deyilir ki, Paşinyanın əlindən vəd verməkdən başqa bir iş gəlmir.

Hazırda İrəvandakı vəziyyət ürək açan deyil. Ortadakı çılpaq gerçək budur. Bir tərəfdə yazda hakimiyyətdən getmiş “Qarabağ klanı” tərəfdarlarının Köçəryanın azadlığa çıxması eşqinə “Heyvagülü” oynamasını müşahidə edirik, digər tərəfdə könülsüz-könülsüz “pəncərədən daş gəlir, başına dəyər qaç...” oxuyan Nikol Paşinyanın “küçə döyüşçülərinin” çaşqın baxışlarını...

Ötən il hadisələrin episentrində yarıtmaz hakimiyyət dayanmışdı və xalq küçələrə tökülmüşdü. Küçədən gəlmiş bir jurnalist yıxılanın üstünə çıxıb “kürəyini yerə mən vurdum” –deyərək özünü hakimi-mütləq elan etmişdi. İndi də hadisələrin episentrində Paşinyandır amma bu dəfə “Köçəryanın badalağından” qorxub açıq döyüşə girməyə cəsarət etmir. Çünki hələ əlində ehtiyat kimi xalq kartı var. Xalq isə “quru vədlər” ustasının hər dediyi ilə oynamaq niyyətində deyil. Digər tərəfdən, qarşı tərəf zəncirindən və buxovundan da yenicə qurtulub. Beləliklə, hadisələrin axarı xaosa doğru “xizək sürəti” götürməkdədir. Xizəyin üstündəki isə iqtidarlı-müxalifətli Ermənistandır. Ani büdrəmənin nəticəsinin nə ilə yekunlaşacağını təsəvvür etmək yəqin ki, bir o qədər çətin deyil. Ermənistanın baş naziri Nikol Paşinyan isə xizəyin üzərində inqilabın ikinci və əsas mərhələsinin anonsunu verir. Ümumxalq dəstəyini səbirsizliklə gözlədiyini bildirir. Siz bu xizək məsələsini güləş döşəyi kimi də təsəvvür edə bilərsiniz. Mahiyyətcə heç nə dəyişmir.

 Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistan baş naziri Nikol Paşinyan ikinci inqilab anonsu verməklə, ona qarşı əks-inqilabın hazırlanmasını önləməyi planlayır. Politoloqun sözlərinə görə, həbsdən azad edilən Robert Köçəryan Moskvanın təlimatı ilə Qarabağ klanını ətrafında sıx birləşdirib Nikol Paşinyana qarşı hərəkətə keçəcək: "Robert Köçəryanın Rusiyaya getməməsi, həbsdən əvvəl və sonra Ermənistanda qalması əsasən, siyasi proseslərdə aktiv fəaliyyətə keçməsi üçün idi. Proseslər Nikol Paşinyanın əleyhinə işləyir və ona qarşı Qarabağ klanı əks-inqilab hazırlayır. Qarabağ klanının qalib gəlmək şansı yoxdur. Çünki, Ermənistan vətəndaşları aktiv şəkildə Nikol Paşinyanı müdafiə edəcək. Qarabağ klanı ordu vasitəsi ilə yalnız hakimiyyətə əl qoya bilər. Bu da Ermənistanda qanlı vətəndaş qarşıdurmasına gətirə bilər”.

Göründüyü kimi Nikol Paşinyanın “Qarabağ klanı”nın qarşısındakı zəifliyi ortadadır. Onun nümayişlərə start verməsi hüquq sistemində, məhkəmə sahəsində dəyişikliklərə gətirəcək. Nikol Paşinyanın səhv siyasəti bu gün onun devrilməsini gündəmə gətirir. Əksər ekspertlər bu cür düşünür.

Politoloq Elxan Şahinoğlu isə düşünür ki, hazırda İrəvanda baş verənlər, Qarabağ klanının gücünü göstərir. Politoloq deyir ki, Ermənistanda bir hakim tapılmadı ki, Köçəryanın həbs müddətini uzatsın: “Köçəryanın məhkəməsini aparmaqdan ən az 3 hakim imtina etmişdi. Məhkəməni aparmağa razılaşan sonuncu hakim isə Qarabağ klanının liderini həbsdən azad etməyə qərar verdi. Çünki həmin hakim Köçəryan və onun arxasındakı güclərin hazırki Baş nazir Nikol Paşinyandan güclü olduğunu düşünür. Həmin hakim özünün və ailəsinin gələcəyini təhlükə altına atmamaq üçün belə qərar çıxarıb. Bu cür yalnız Köçəryanı həbsdən azad edən hakim düşünmür”.

Politoloq ikinci səbəb kimi Rusiya amilinin Ermənistanda və Dağlıq Qarabağda gücünü göstərib:

“Köçəryanın həbsi onun dostu – Rusiyanın Prezidenti Vladimir Putini narahat edirdi. Putin bir neçə dəfə Paşinyana mesaj göndərmişdi ki, mənim dostumu azad et. Paşinyan hər dəfəsində bu mesajı qulaqardına vururdu. Ancaq məhkəmə bu mesajı qulaqardına vurmadı, Paşinyanın yox, Rusiyanın maraqlarını nəzərə aldı. Bu mənada Köçəryanın azad edilməsi həm də Putinin Paşinyan üzərində qələbəsidir”.

Səriştəsiz və küçədən kürsüyə gəlmiş Nikol Paşinyanın Köçəryanla kürsülü davasının axarını və axırını Kremlmi, yoxsa, qandan qorxduğunu düşündüyümüz erməni xalqımı müəyyənləşdirəcək ? Bu suala çox tezliklə cavab tapa biləcəyik. Sadəcə gözləmək lazımdır. Amma rəsmi Bakı sadəcə gözləməməlidir. Əli tətikdə olmalıdır. Çaxmağı çəkmək nəyi dəyişəcək? – deyə düşünməli, yüz ölçüb bir biçməlidir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019
17.06.2019