Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İndoneziyada xalqın adamı yenidən prezident seçilib
Tarix: 21.05.2019 | Saat: 12:29:00
Bölmə:Dünya | çapa göndər

İndoneziyanın hazırkı prezidenti Coko Vidodo seçkilərdə rəqibindən daha çox səs toplayaraq yenidən dövlət başçısı postunu əldə saxlaya bilib.

Hafta.az yazır ki, Vidodo ümumi səslərin 55,50 faizini qazanıb. İndoneziya Seçki Komissiyası (KPU) bildirib ki, aprelin 17-də baş tutmuş seçkidə 85 milyondan artıq seçici öz səsini məhz Demokratik Mübarizə Partiyasının (PDİ-P) namizədi Vidodoya verib. Vidodonun rəqibi olan ana müxalifətin təmsilçisi Böyük İndoneziya Hərəkatı – Gerindra Partiyasının sədri Prabovo Subianto 68 milyon səs alıb. Bu da ümumi səslərin 44,50 faizi deməkdir. “Eyni zamanda, 16 partiyanın qatıldığı parlament seçkilərində 9 partiya 4 faizlik səddi aşaraq millət vəkili mandatı uğrunda mübarizəyə qoşulub, Təmsilçilər Məclisinə girməyə haqq qazanıblar. Seçkinin nəticələrinə əsasən, PDİ-P partiyası Məclisdəki kürsülərin 19,33 faizini qazandığı halda, müxalif Gerindra Partiyası 12,57 faizlə mükafatlandırılıb” açıqlamada deyilir.

Nəticələr açıqlandıqdan sonra Gerindra Partiyası guya seçkidə saxtakarlıq olduğunu bəhanə edərək etirazını bildirib. Hətta onun partiyası adından Cakartada aksiya təşkil edəcəyi də güman olunur. Ona görə də təhlükəsizlik qüvvələri hər hansı xoşagəlməz halın baş verməməsi üçün indidən önləyici tədbirlər görüblər.

Xatırladaq ki, İndoneziyada 2014-cü ildə keçirilmiş prezident seçkilərində 53,15 faiz səs toplayaraq qələbə qazanan Vidodo ilə mübarizədə uduzmuş Subianto o vaxt da etiraz eləmişdi, amma onun tələbləri əsassız sayılaraq rədd olunmuşdu.

Son olaraq, növbəti dəfə İndoneziya prezidenti seçilmiş Coko Vidodo kimdir? O, 1961-ci il iyunun 21-də Surakartada çox yoxsul ailədə dünyaya göz açıb. Coko Vidodo ölkəsində daha məşhur olan Cokovi kimi tanınır. 

Coko əvvəllər dülgərlik edib, ailəsinə çörək qazanıb. Məhz bu sənəti ona yüksəliş gətirib. Müəyyən vaxtdan sonra o, bu sahədə şirkət qurub, emal ietdiyi ağac məhsullarını daxili bazarda və Avropaya satmağa başlayıb. Daha sonra isə öz qüvvəsini siyasətdə sınamaq qərarına gəlib. İlk olaraq 7 il müddətinə Surakarta bələdiyyəsinə sədr seçilməyi bacarıb. 2012-ci ildə Cakarta valilik seçkilərində üzv olduğu PDİ-P Partiyası tərəfindən namizədliyi verilən Coko həmin vəzifədə olan rəqibi Fauzi Bovonu məğlub edərək vali olub. Coko 2 il ərzində vali olaraq böyük uğurlar qazandığı üçün xalq tərəfindən təqdir edildi, hörmət qazandı. Yalnız bundan sonra prezidentlik uğrunda mübarizəyə qoşulmaq qərarını verdi və 22 iyul 2014-cü ildə Coko, rəqibi Subianto ilə mübarizədə 53,15 faiz səs toplayaraq prezident seçildi...

Coko və ya Cokovi xalqın adamı hesab edilir. Hətta o, 17 avqust 2014-cü ildə İndoneziyanın müstəqillik günü keçirilən bayram şənliyi çərçivəsində sadə indoneziyalılarla futbol oynayıb, “Balap Karung” adlanan yarışa da şəxsən qatılıb...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019