Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Radikal qrupların mövcudluqları xaricdəki mərkəzlərin dəstəyi ilə bağlıdır - Açıqlama
Tarix: 21.05.2019 | Saat: 13:56:00
Bölmə:Siyasət | çapa göndər

"Bu gün antiazərbaycançı qüvvələrə dəstək verən daxildəki qruplar üçün əsas Azərbaycanın deyil, tapşırıq aldıqları dairələrin maraqlarıdır. Onlar fəaliyyətlərində tapşırıq aldıqları dairələrin dəstəyini qazanmağı əsas götürürlər".

Hafta.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, radikal qruplar maddi və siyasi dəstəyi ordan alırlar və mövcudluqları xaricdəki həmin mərkəzlərin dəstəyi ilə bağlıdır: "Bunun isə bir adı var: milli satqınçılıq və öz xalqına və dövlətinə qarşı “səlib yürüşündə” ön sıralarda getmək. Və bu fəaliyyətin demokratiya, siyasət və müxalifətçiliklə heç bir əlaqəsi yoxdur. Xaricdəki bəlli dairələr məqsədlərinə çatmaq üçün müxtəlif çirkin medotlardan, o cümlədən xaricdə yaşayan bəzi mühacir azərbaycanlılardan da istifadə etməyə çalışırlar. Ancaq praktika göstərir ki, onların səyləri əbəsdir. Birincisi, onları ölkəmizin daxilində dəstəkləmirlər, ikincisi isə beynəlxalq aləm kiminsə Azərbaycan haqqında çirkin fikirləri ilə deyil, real vəziyyətlə daha çox maraqlanırlar. Bu gün Azərbaycanın dünyada sülhün möhkəmlənməsinə verdiyi töhfə, həyata keçirdiyi qlobal layihələrdə başqa dövlətlərlə fəal əməkdaşlıq etməsi, onların da fayda qazanması dünyanın gördüyü və qiymət verdiyi məsələlərdəndir. Buna görə də, növbəti anti-Azərbaycan kampaniyasının da heç bir nəticəsi ola bilməz".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019