Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Paşinyan erməni xalqını vətəndaş qarşıdurmasına sürükləyir - Baxış bucağı
Tarix: 21.05.2019 | Saat: 14:18:00
Bölmə:Siyasət | çapa göndər

"Son günlər Ermənistanda maraqlı hadisələr cərəyan edir. Məhz Paşinyanın tələbi, əslində istəyi ilə tutulan Köçəryan azadlığa buraxılıb və bu baş nazirin xoşuna gəlməyib. Yenidən xalqa çağırışlar edərək, xalqı küçələrə səsləyib və məhkəmə hüquq sisteminin işləmədiyi fikrini ifadə edib. O, bəyan edib ki, ona, hökümətə və xalq hakimiyyətinə oyuncaq məhkəmə lazım deyil".

Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Millət vəkilinin sözlərinə Robert Köcəryana Rusiya dəstəyi birmənalı ifadə olunur, azadlıqda ola Köçəryan isə onun hakimiyyətinə bilavasitə təhdiddir: "Bunlar hamısı faktdır, lakin ziddiyyət təşkil edən isə odur ki, ölkədə daxili siyasi prosesləri tənzimləyə bilməyən, tarazlıq yaratmağı bacarmayan, ölkənin məhkəmə , hüquq – mühafizə sistemini, ordu sıralarını şəfaflaşdıra biməyən və hakimiyyətə gəldikdən sonra yenə də tərəfdar toplaya bilməyən, özünü şıltaq yeniyətmə küçə uşağı kimi aparan baş nazir, demokratiya, ədalət, şəffaflıq kimi sivil dəyərlər vəd edərək yenidən xalqı küçələrə səsləyir. Sual olunur nə üçün? əlbəttə öz hakimiyyətini qorumaq üçün… Köçəryanın ölkədə nüfuz sahibi olduğu heç kəsə sirr deyil, dövlətdə, ordu sıralarında əhəmiyyətli dəstəyi var, Qarabağ klanı da daxil olmaqla… ". Millət vəkilinin fikrincə, xalqını deyil, öz hakimiyyətinin düşkünü olan Paşinyan erməni xalqını vətəndaş qarşıdurmasına sürükləyir, lakin bu keçən dəfəki kimi sülh yolu hakimiyyət çevrilişinə oxşar proses olmayacaq: "Çünki Köçəryan təcrübəli siyasətçi olmaqla yanaşı, əlləri erməni və Azərbaycan xaqlının qanına bulaşmış mərhəmətsiz cinayətkardır, mərhəmət hissindən məhrumdur. Bundan başqa, verdiyi vədləri tutmayan, son bir ildə xalqın sosial rifahı üçün əhəmiyyətli işlər görə bilməyən Paşinyan anlamır ki, artıq xalqı sözlə yemləmək olmaz, onlara real iş, keyfiyyətli həyat, stabillik, sivil və humanist prinsiplərə dayanan dövlət lazımdır. Hər halda, bu oyunun sonu nə olacaqsa, birlikdə şahid olacıyıq, amma bütün bu proseslər Ermənistana yaxşı heç nə vəd etmir".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019