Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Astarada motosiklet oğurlayan Lənkəran sakini saxlanılıb - FOTO
Tarix: 21.05.2019 | Saat: 15:24:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Astara rayonunun Şahağacı kənd sakininin yaşayış evinin həyətindən “Muravey-2M-01” markalı motosiklet oğurlanıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan hafta.az-a verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini O.Rəhimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 19-da gecə saatlarında ona məxsus yaşayış evinin həyətindən “Muravey-2M-01” markalı motosikletin oğurlandığını bildirib.

Astara RPŞ əməkdaşlarının keçirdiklərinin əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətmiş şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Lənkəran şəhər sakini Vaqif Babayev olduğu müəyyənləşdirilib və oğurladığı “Muravey-2M-01” markalı motosiklet aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019