Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
MDB Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçiriləcək
Tarix: 21.05.2019 | Saat: 17:14:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası keçiriləcək.

Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, tədbirdə MDB-yə üzv dövlətlərin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Rusiya, Tacikistan, Özbəkistan gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin rəhbərləri, həmçinin MDB-yə üzv dövlətlərin Terrorizmə Qarşı Mübarizə Mərkəzinin, Mütəşəkkil Cinayətkarlığa və Digər Təhlükəli Cinayət Növlərinə Qarşı Mübarizənin Əlaqələndirilməsi Bürosunun və MDB-nin sərhəd qoşunlarına rəhbərlik edən Şuranın əlaqələndirmə xidmətinin nümayəndələri iştirak edəcəklər.

İclasda region ölkələrinin gömrük xidmətlərinin hüquq-mühafizə sahəsindəki fəaliyyətinə dair fikir mübadiləsi aparılacaq, işçi qruplarının məruzələri dinləniləcək, əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə ediləcək.

May ayının 21-dən etibarən artıq işçi qrupların iclasları başlayıb. İclaslarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə, analitik informasiya və internet məkanında hüquqpozmalarla mübarizə sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunur.

Qeyd edək ki, bu Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin ölkəmizdə keçiriləcək sayca 4-cü iclasıdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019