Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
DGK ilə BMT arasında birgə əməkdaşlıq perspektivləri müzakirə olunub
Tarix: 21.05.2019 | Saat: 18:00:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Komitədən hafta.az-a verilən məlumata görə, ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində görülən tədbirlər barədə məlumat verən S.Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən islahatların Azərbaycan gömrüyünün beynəlxalq aləmdə etibarının artmasına, müasir texnologiyaların və innovativ layihələrin tətbiq edildiyi qabaqcıl və mütərəqqi quruma çevrilməsinə şərait yaratdığını vurğulayıb.

S.Mehdiyev BMT ilə DGK arasında mövcud əlaqələrdən söhbət açıb və səmərəli əməkdaşlığın gömrük xidmətinin inkişafına müsbət təsirindən danışıb.

S.Mehdiyev həmçinin Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin sərhədlərin təhlükəsizliyinin gücləndirilməsinə, əmtəə və xidmət keçidlərinin asanlaşdırılmasına mühüm töhfə verdiyini bildirib.

Birgə gerçəkləşdirilən layihələri bütövlükdə BMT İnkişaf Proqramının DGK-ə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən S.Mehdiyev bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu deyib.

Xoş sözlərə və səmimi qəbula görə S.Mehdiyevə təşəkkürünü bildirən Q.İshaqzai təmsil etdiyi qurumun gömrük orqanları ilə əlaqəli fəaliyyətindən söhbət açıb, gömrük sistemində həyata keçirilən islahatları yüksək qiymətləndirib, Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019