Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Beynəlxalq Rəsul Rza Mükafatı laureatları təqdim olunub
Tarix: 21.05.2019 | Saat: 18:15:00
Bölmə:Mədəniyyət | çapa göndər

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Beynəlxalq Rəsul Rza Mükafatı laureatlara təqdim olunub.”Həftə içi”nin verdiyi xəbərə görə, hər il görkəmli Xalq Şairi Rəsul Rzanın doğum günü ərəfəsində təqdim edilən Rəsul Rza Mükafatı Beynəlxal Rəsul Rza Fondu tərəfindən təsis edilib.

Tədbiri giriş sözüylə Fondun sədri, Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq Şairi Fikrət Qoca açaraq, mükafat haqqında ətraflı məlumat verib. Sonra mükafata layiq görülmüş laureatlar bir-bir elan edilib.
İlk mükafat Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyliyə təqdim edilib. İsa Həbibbəyli Rəsul Rza yaradıcılığı haqqında çıxış edərək, bu mükafatın onun üçün olduqca dəyərli olduğunu vurğulayıb. Xalq Rəssamı Arif Hüseynov, tənqidçi, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid, AYB Qarabağ Bölməsinin sədri, professor Ənvər Əhməd, “Ədəbiyyat” qəzetinin Baş tedaktoru Azər Turan, şairlərdən Maşallah Məftun, Etibar Vəliyev,Tahir Taisoğlu Beynəalxal Rəsul Rza Mükafatına layiq görülüblər. Laureatlar Azərbaycan poeziyasının görkəmli siması Rəsul Rza yaradıcılığı haqqında fikirlərini bölüşdükdən sonra Fondun rəhbərliyinə təşəkkürlərini bildiriblər. Eyni zamanda, Özbəkistan şairi Babaxan Şərifin mükafatı şair, tərcüməçi, filologiya elmləri doktoru Ramiz Əsgərə təqdim edilib. Tədbirdə filologiya elmləri doktoru, naşir Nadir Məmmədliyə Bəxtiyar Vahabzadə mükafatı təqdim edilib. Sonda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bütün mükafat alan qələm adamlarını təbdik edıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019