Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kişi əli ilə timsah tutdu - GÜNÜN TƏZADLARI
Tarix: 21.05.2019 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Avstraliyanın şimalında bir kişi əli ilə çaydan timsah tutdu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, şahidlər tərəfindən çəkilən video yerli xəbər portalı olan “Northern Territory News” saytında yayımlanıb. Kadrdan görünür ki, Nikolas Milyari Fitspatrik çayının ortasında dayanıb və bir neçə saniyə müşahidə aparır. O, daha sonra qəfil hərəkətlə timsahı tutub, onu boğazından sıxır. Ardınca sahilə çıxan kişi timsahı kameralara nümayiş etdirir. Videonun son saniyələrndə avstraliyalı timsahı yenidən çaya buraxır. Nəticədə nə heyvan, nə də avstraliyalı kişiyə heç bir xətər dəymir. Nikolas etiraf edib ki, uşaqlıqdan ovçuluqla məşğul olur. O, illər ötdükdən sonra ovçuluq vərdişini itirib-itirmədiyini bilmək istəyib. Kişi qeyd edib ki, ilk dəfədir, timsah ovuna çıxıb. “Mən öz-özümə deyirdim ki, diqqətli və sakit ol, tez reaksiya ver. Mən əmin idim ki, hər şeyi düz edəcəm”.


Məsut Özil Ərdoğanla birgə iftar etdi


Türkiyədə səfərdə olan futbol ulduzu, “Arsenal” klubunun üzvü Məsut Özil ölkə Prezidentinin dəvəti ilə Dolmabaxça sarayında gənclər üçün təşkil edilmiş iftar süfrəsinə qatıldı. Hafta.az-ın Türkiyə mediasına istinadla verdiyi xəbərdə deyilir ki, Özil Rəcəb Tayyib Ərdoğanın Ramazan ziyafətində sevgilisi Əminə Gülşə ilə birgə iştirak edib. Məşhur türk futbolçusu Türkiyə liderini toyuna dəvət edərək şahid olmasını xahiş edib. Özilin toy mərasimi iyunun 7-də keçiriləcək. Xatırladaq ki, 2018-ci ilin yayında – futbol üzrə dünya çempionatından öncə Məsut Özilin Rəcəb Tayyib Ərdoğanla foto çəkdirməsi və ona öz köynəyini bağışlaması alman fanatları tərəfindən tənqidlərə məruz qalmışdı. Futbolçu isə irqçi münasibətlə üzləşdiyini əsas gətirərək Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb. Türkiyə lideri də bu ibrətamiz addımına görə Özilə “gözlərindən öpürəm” deyib.


Zaqatalada ildırım evi vurdu


Zaqatalada fərdi yaşayış evini ildırım vurdu. Hafta.az yazır ki, ONA-nın şimal-qərb bürosunun məlumatına görə, mayın 20-də axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb. Bölgədə fasilələrlə qısamüddətli leysan yağışı yağıb, bəzi ərazilərə dolu düşüb. Gecə saat 01:40 radələrində Zaqatala rayonunun Dardoqqaz kəndində kənd sakini Qurban Mehdiyevə məxsus, ümumi sahəsi 154 kv/m olan fərdi yaşayış evini ildrım vurub. İldırım vurması nəticəsində evdə baş verən yanğın FHN-in Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının köməkliyi ilə dərhal söndürülüb. Yanğın nəticəsində evin dam örtüyü 10 kv/m sahədə yanıb.


“Nərimanov” metro stansiyasında oğlan huşunu itirdi


Metropolitenin “Nərimanov” stansiyasında gənc oğlan huşunu itirdi. Hafta.az yazır ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hadisə bazar ertəsi 18 radələrində baş verib. “1994-cü il təvəllüdlü gənc özünü pis hiss edib və huşunu itirib. Təcili tibbi yardım əməkdaşları ona dərhal yardım göstərib”, - o qeyd edib.


İdmançı marafon zamanı öldü


ABŞ-da gənc idmançı marafon zamanı öldü. Hafta.az yazır ki, bu barədə "Report" "Associated Press"ə istinadla xəbər verir. Məlumata görə, hadisə Klivlend marafonunda baş verib. Belə ki, 22 yaşlı Teylor Sipo marafon zamanı özünü pis hiss edib. O, finişə az qalmış asfalta yıxılıb. İdmançı xəstəxanaya yerləşdirilərkən vəfat edib. Teylor Siiponun ürək tutmasından öldüyü bildirilir. Hadisənin təfərrüatları açıqlanmır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019