Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeni əkilmiş yüzlərlə ağac tələf olmaq təhlükəsi ilə üz-üzə
Tarix: 21.05.2019 | Saat: 19:45:00
Bölmə:Sosial | çapa göndər

Paytaxtda, xüsusilə də Suraxanı rayonunda digər sahələrdə olduğu kimi, yaşıllığa da ciddi fikir verilir. Ağacəkmə kampaniyası adıçəkilən rayonda uğurla həyata keçirilir. Bu il yeni təmir edilmiş Qaraçuxur- Suraxanı yolunun hər iki tərəfində çox sayda kipariz, şam və zeytun ağacları əkilib. Təəssüflər olsun ki, təzə əkilmiş ağaclar baxımsız qalıb, suvarılmadığından quruyub tələf olur. 

Sökülmüş “daş bazarı” tərəfdə əkilmiş kipariz və şam ağacları daha acınacaqlı vəziyyətə düşüb, susuzluqdan tələf olub. Eləcə də “baş bazarı”ndan “LUKoil” yanacaqdoldurma məntəqəsinə qədər asfalt yolun sol tərəfində təzə əkilmiş yüzlərlə zeytun ağacı da eyni acı tale ilə üzləşib. Bu dilsiz ağacların fəryadını eşidən yoxdur. Nə Bakı Şəhər Yaşıllaşdırma İdarəsi, nə də yerli bələdiyyələr tərəfindən ağaclara qulluq edilmir, əkilən gündən indiyədək suvarılmadığından, artıq zeytun ağacları qurumaq üzrədir, əksəriyyətinin yarpaqları və budaqları saralıb.

Əli adlı sakin dedi ki, bu ağacların hamısı təzə əkilib. Onun sözlərinə görə, mindən çox ağac əkilib: “Həmin ağacların alınmasına nə qədər vəsait xərclənilib. Bitomniklərdə ağacları minbir əzab-əziyyətlə böyüdüblər. Hər il gətirib burada əkirlər, suvarılmadığından, quruyub tələf olur. Eləcə də Suraxanıya gedən yolda “Əfsun” Şadlıq Evi tərəfdən Əmircanadək təzə əkilmiş ağaclar suvarılmır. Əgər vaxtında tədbir görülməsə, bütün ağacları quruma təhlükəsi gözləyə bilər. Elə yerlər var, ağacları alaq otları cənginə alıb”.
Qaraçuxur Bələdiyyəsindən “Həftə içi”nə bildirdilər ki, adıçəkilən ərazi Azərbaycan Dövlət Neft Şirkətinindir. Əkilən ağaclar da adıçəkilən qurumun ərazisidir. Bələdiyyə ərazisində əkilmiş ağaclar bizim tərəfindən suvarılır və onlara qulluq göstərilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019