Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Cakartada toqquşmalar zamanı 6 nəfər ölüb, 200 nəfər yaralanıb
Tarix: 22.05.2019 | Saat: 10:34:00
Bölmə:Dünya | çapa göndər

Cakartada nümayişçilərlə polisin toqquşması nəticəsində 6 nəfər ölüb, 200 nəfər yaralanıb. Bu barədə “Detik” portalı Cakartanın qubernatoru Anis Basvedana istinadla məlumat yayıb.

Qubernator yaralıların xəstəxanaya yerləşdirildiyini bildirib. İndoneziyanın hüquq mühafizə orqanlarının rəsmi nümayəndəsi Dedi Prasetio “Kompas” telekanalına müsahibəsində deyib ki, mitinqlərdə asayişi qoruyan polislərə odlu silah verilməyib.

Çərşənbə axşamı müxalifətin namizədi Prabovo Subiantonun tərəfdarları Cakartanın mərkəzində prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyası keçiriblər. Seçkinin nəticələrinə görə, hazırkı prezident Coko Vidodo qalib gəlib.

Dinc nümayiş gecə polislə toqquşmaya çevrilib və polis gözyaşardıcıdan istifadə etmək məcburiyyətində qalıb. “The Jakarta Post” qəzetinin yaydığı məlumata görə, etirazçılar bir neçə avtomobili yandırıb, polislərin yaşadıqları yataqxanalardan birində yanğın törədiblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019