Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Siqaret və spirtli içkilərin qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Tarix: 22.05.2019 | Saat: 11:35:00
Bölmə:Hadisə | çapa göndər

Gömrükçülər siqaret və spirtli içkilərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən hafta.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 2106" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən 1000 ədəd "Marlboro" markalı siqaret, 6 ədəd 1 litrlik "Grey Goose" və 2 ədəd 1 litrlik "Chivas Regal" markalı spirtli içkilər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019