Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Cəlil Məmmədquluzadənin "saqqallı uşaqlar"ı - şəhərimizin sifətini korlayanlar kimlərdir
Tarix: 22.05.2019 | Saat: 16:25:00
Bölmə:Sosial | çapa göndər

“Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu. Ondan ötrü ki, hələ sən yaxşı uşaqdan və könlün məşq eləmək istəyir, götür kağızı, qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz”. Bu misralar Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin “Saqqalı uşaq”hekayəsindəndir... Mirzə Cəlilin dövründən nə qədər il ötsə də bəzi düşüncələr elə rəhmətlik kişi qoyub getdiyi kimi qalır.

İllərdir ki, bitib-tükənməyən mövzulardan biri də şəhərimizi, yaşadığımız yerləri təmiz saxlamaq mövzusudur. Şəhərin çirklənməsinə istifadə etdiyimiz vasitələr səbəb olsa da, vizual görnüşünü zibilləyən düşüncələr də vardır. Dünyada hər gün yeniliklər olur, icadlar, texnilar yaradılır. Ancaq buna baxmayaraq hələ də divarları yazmaq prinsipi ilə mövcud insan tipləri nə qədər desən var.

Bununla da iş bitmir. Divarları yazan uşaqlar olsa da, ahıl, əqli düşüncəsi inkişaf etmiş insanlar da reklam xarakterli yazıları dayanacaqlarda, metro giriş-çıxışlarında, işıq dirəklərində yapışdırırlar. Hara baxsan “satılır”, “kirayə verilir”...

“Santexnik ustası”, “Kamera quraşdırılır”...

Çoxumuz divarlarda yazılan reklam xarakterli yazılara rast gəlirik. “Santexnik ustası”, “kamera quraşdırılır”, “Evdə uşağa baxıram”. Bu hələ gözümüzə dəyəndir. Doğrudur, cinayət törətmir, adam öldürmür, reklam edir malını, işini... Ancaq məsələ yağışdan, küləkdən sonra ciddiləşir. Həmin reklam mətnləri yağışdan, küləyin təsirindən cırılır, müəyyən hissəsi qalır. Bu da çox iyrənc və bərbad bir görüntüyə səbəb olur.

“Bura zibil atan....”

Bu guya xeyriyyə məqsədi ilə divarlara yazılmış yazılardır. Məsələn, kiminsə evinin yanına zibil atılırsa, o, da divara “bura zibil atmayın” və s kimi yazılar yazır. Söyüşləri yazmıram. ”Bura zibil atma” əməlli başlı toya getməli yazıdır, o birilərə baxanda...

“Elfida”, “quzum.az”...

Deyim ki, ən çox divarları yazılanlar isə hündürmərtəbəli binalardır. Sosial şəbəkədə qeydiyyatda olduğu adını və ya yaratdığı portalı reklam edir. Lakin bununla da kifayətlənməyən insanlar var. Sevdiyi qızın, ya da xoşladığı mahnı adı yazır.

Görünən odur ki, xoş mənzərəni korlayan insanlar özləri də bilmirlər ki, zövqlü insanların zövqünü korlamaqla yanaşı, şəhərimizə təşrif buyuran turistlər üçün də xoşagəlməz görüntü yaratmış olurlar.

Tanınmış memar Nəriman Əliyev də bu görüntülərin xoş təəssürat yaratmadığını bildirir: "Hər bir halda bu kimi nüanslar mənzərəni pozmuş olur. Binalar inşa olunduqda memerlar, dizaynerlər, rəssamlar öz rəylərini verirlər. Onun əsasında bu işlər aparılır. Lazım olsa o yazıları da binaların divarlarında əks olunmasını göstərərdilər. Ona görə də divarlara müxtəlif rənglərlə yazılan yazılar divarları korlamaqdan başqa bir şey deyil". 

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019