Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
Tarix: 22.05.2019 | Saat: 13:35:00
Bölmə:Siyasət | çapa göndər

Mayın 22-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirilib ki, gündəliyə üç məsələ daxildir.

Əvvəlcə Ziyafət Əsgərov “Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Bildirib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.
Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi təqdim olunub. Qeyd edilib ki, Saziş 2019-ci il aprelin 7-də Ər-Riyad şəhərində imzalanıb. Bu Saziş ölkələrimiz arasında hüquqi bazanın genişləndirilməsinə xidmət edir.
“Fövqaladə vəziyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən Z.Əsgərov deyib ki, dəyişikliklər redaktə xarakterlidir. Müzakirələrdən sonra qanun layihələri plenar iclasa tövsiyyə olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019