Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Ticarət mərkəzindəki mağazalara heç bir tələb qoyulmur" - “Gənclik Mall”dan açıqlama
Tarix: 22.05.2019 | Saat: 13:45:00
Bölmə:Sosial | çapa göndər

Bakıda “Zara” mağazasının soyunub-geyinmə kabinələri hissəsinə müşahidə kamerası quraşdırılması ilə bağlı xəbər yayılıb.

Bakı sakini Xədicə Kərimova mətbuata şikayətində bildirib ki, ticarət mərkəzlərinin birində yerləşən “Zara” mağazasında paltarı yoxlamaq üçün kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu görüb: “Axı nə səbəbə kimsə mənə baxmalıdır? Sonradan həmin görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”.

Məsələ ilə bağlı hafta.az həmin mağazanın yerləşdiyi “Gənclik Mall” ticarət mərkəzi ilə əlaqə saxlayıb. Mall-dan bildirilib ki, bu məsələnin ticarət mərkəzinə aidiyyatı yoxdur, olaya “Zara” mağazalar şəbəkəsi cavabdehlik daşıyır.

"Bəs “Gənclik Mall” orada yerləşən mağazalara bu kimi məsələlərlə bağlı tələblər qoyurmu?" –sualına isə, heç bir tələb qoyulmadığını bildiriblər.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019