Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Keşikçidağ tarixi abidəsi ilə bağlı məsələ Gürcüstan tərəfindən şişirdilir" - Mərkəz rəhbəri
Tarix: 22.05.2019 | Saat: 14:38:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ tarixi abidəsi ilə bağlı məsələ Gürcüstan tərəfindən şişirdilir.

Hafta.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Tarix Mərkəzinin rəhbəri Rizvan Hüseynov deyib.

Mərkəz rəhbəri bildirib ki, bu məsələ dövlət səviyyəsində həll olunsa da, Gürcüstan mətbuatı bunu yenidən gündəmə gətirib: "Məsələ ən yaxşı variantda həll olunub. Protokola görə, Azərbaycan ərazisinə keçmək üçün rəsmi razılıq alınmalıdır. Həmin abidələrdə aşınma var və mağaralar təbii proses nəticəsində tədricən dağılır".

R.Hüseynov qeyd edib ki, gürcü mətbuatı və bəzi xarici ölkə mediası məsələni şişirtdi: "Belə bir formada münaqişə yaratmaq nə Gürcüstan, nə də Azərbaycanın maraqlarına uyğun deyil. Bu, yalnız üçüncü tərəfin marağındadır. Ümid edirik ki, Gürcüstan tərəfi öz mətbuatında ayrı-ayrı şəxslərin Azərbaycana qarşı kompaniyasını dayandıracaq".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019