Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əcnəbi tələbələrdən ən çox gəlir götürən ölkələr
Tarix: 22.05.2019 | Saat: 14:06:00
Bölmə:Sosial | çapa göndər

Türkiyə hökumətinin Tələbələr Deportamenti ölkədəki universitetlərdə təhsil alan əcnəbi tələbələrin sayını açıqlayıb.

Hafta.az yazır ki, 2017-2018-ci dərs ilində Türkiyə universitetlərində ümumilikdə 125138 əcnəbi tələbə təhsil almaqdadır. Onlardan ən çoxu - 20071 nəfəri Suriyadan, 17088 nəfəri azərbaycandan, 12247 nəfəri Türkmənistandan və 6481 nəfəri İrandan gəlmədir. Deportamentdən qeyd olunub ki, amma hökumət bu rəqəmlə kifayətlənmir, hədəf əcnəbi tələbələrin sayını 2023-cü ildə 200 min nəfərə çatdırmaqdır.

Qeyd olunur ki, 2020-ci ildə dünya üzrə universitetlərdə təhsil alan əcnəbi tələbələrin sayı 8 milyon nəfəri ötəcək. Odur ki, Türkiyə belə böyük və yüksək gəlir qaynağı olan tələbə ordusundan maksimum yararlanmalıdır. Deportamentin Xarici Tələbələr Təhsil Sərgiləri bölməsinin müdiri Dəniz Akar deyib ki, hər bir tələbə il ərzində dövlət büdcəsinə gəlir gətirən qaynaqdır. Onun sözlərinə görə hazırda dünyanın fərqli dövlətlərində fərqli də təhsilhaqqı sistemi mövcuddur. Əcnəbi tələbələrin oxuması üçün tələb olunan ən yüksək haqq isə ABŞ və İngiltərə universitetlərində mövcuddur. “Amerika və İngiltərə universitetlərində bir əcnəbi tələbənin təhsil alması üçün ildə 10-40 min dollar ödəməsi lazımdır. Müqayisə üçün Almaniya, Fransa, Macarıstan kimi Avropa ölkələrində təhsilhaqqı ildə 3-9 min dollar arasındadır. Türkiyədəki vəqf universitetlərində isə illik təhsilhaqqının həcmi 4-20 min dollar aarsındadır" D.Akar deyib.

O, daha sonra vurğulayıb ki, tələbələr saylarından asılı olaraq oxuduqları ölkənin büdcəsinə vəsait qazandırırlar. Məsələn, ABŞ-ın dövlət büdcəsi əcnəbi tələbələrin ödədiyi təhsilhaqqı hesabına 2017-2018-ci dərs ilində 42,4 milyard dollar qazanıb. Son illər əcnəbi tələbələrin daha çox üz tutduğu Avstraliyanın büdcəsi isə tələbələrin ödənişindən 28 milyard dollar gəlir götürüb. Avropada isə əcnəbi tələbələrin daha çox seçim etdiyi Fransadır. Bu ölkənin büdcəsi ötən il 4,7 milyard avro gəlir əldə edib. Türkiyənin büdcəsi isə ötən dərs ilində cəmi 34 milyon avro qazanc götürün əcnəbi tələbələrdən. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.06.2019
17.06.2019
16.06.2019