Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İranda təbii fəlakət zamanı ölənlərin sayı 22 nəfərə çatıb
Tarix: 22.05.2019 | Saat: 15:02:00
Bölmə:Dünya | çapa göndər

İranın bir çox əyalətində iki həftədir davam edən fırtına və şiddətli leysanlar səbəbindən ölkəyə dəyən hərtərəfli ziyanların həcmi sürətlə artır.

Hafta.az yazır ki, artıq fırtına nəticəsində ölənlərin sayı 22-yə yüksəlib, 53 nəfər üsə müxtəlif dərəcədə yaralanıb. İran Fövqəladə Hallar Mərkəzinin sözçüsü Müctəba Xalidi yazılı açıqlamasında bildirib ki, Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Xorasan, Cənubi Xorasan, Çaharmahal-Bəxtiyari, İsfahan, Kirmanşah, Kürdüstan, Fars, Xuzistan, Kirman, Loristan, Mərkəz və Gilan əyalətlərində may ayının 8-dən bu yana güclü fırtına və leysan yağışları davam etməkdədir. Bütün maddi ziyanlar və insan tələfatları da məhz adları qeyd olunan vilayətlərdə qeydə alınıb. Xalidi deyib ki, 22 nəfərdən 2-si sel sularında boğulsa da, qalan 20 nəfəri ildırım vurub.

Bu yerdə xatırladaq ki, martın 17-də başlayan və bir ay davam edən leysan yağışları zamanı da 78 nəfər həlak olmuş, mindən artıq adam isə yaralanmışdı. Azərbaycan və türkiyə dövlətləri İrandakı seldən zərər çəkən insanlara humanitar yardım göndərmişdilər. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019