Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Turizmin inkişafı üçün əlimizdən gələni etməyə hazırıq" - Nahid Bağırov
Tarix: 22.05.2019 | Saat: 15:27:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının və turizm sahəsində fəaliyyət göstərən 30-dan çox sahibkarlıq subyektinin iştirakı ilə görüş keçirilib.

Hafta.az-ın məlumatına görə, Assosiasiyanın sədri Nahid Bağırov, KOBİA rəhbrərliyinə görüşün keçirilməsinə, dövlət qurumları ilə birbaşa dialoq platforması yaratmasına və son zamanlar turizm bazarında yaranan problemlərin həll olunmasına şərait yaratdığı üçün təşəkkür edib. “Biz, Azərbaycan Turizm Assosiasiyası olaraq, daim vəzifəmizi yerinə yetiririk, ölkəmizin turizm potensialının dünyada keyfiyyətli və səmərəli təqdim edilməsi üçün müxtəlif alətlərdən yararlanırıq. Apardığımız siyasətin nəticəsinin zəmanəti bizə göstərilən dövlət dəstəyidir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlət həmişə sahibkarın yanındadır. Ölkə başçısının siyasətini dəstəkləyərək Azərbaycan Turizm Assosiyası da ölkənin qeyri-neft iqtisadiyyatının aparıcı sahələrindən olan turizmin, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı üçün əlindən gələni etməyə hazırıq!”, - deyə N.Bağırov bildirib.

N.Bağırov qeyd edib ki, KOBİA-nın fəaliyyəti, o cümlədən belə görüşlərin təşkili, qurumun ölkə başçısının sahibkarların dəstəklənməsi siyasətinin bariz nümunəsidir.

Görüşdə turizm sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri tərəfindən vahid turizm reyestrinin yaradılması, turizm sahəsində qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması, hava daşımaları, otel və restoranlarda xidmət səviyyəsinin yüksəldilməsi, 2 və 3 ulduzlu otellərin tikintisi, bunun üçün aşağı faizli kreditlərin ayrılması, kadr hazırlığı, bu sahədə qaynar xəttin yaradılması, bələdçilərə sertifikatların verilməsi, ölkəyə gələn turistlərin məlumatlandırılması və digər istiqamətlərdə müxtəlif təkliflər səsləndirilib, onları maraqlandıran suallar cavablandırılıb.

KOBİA İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan turizmin böyük potensiala malik olduğunu, turizm sahəsində xeyli sayda kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirilib ki, Agentliyin təşkilatçılığı ilə mütəmadi olaraq dövlət və özəl qurumların iştirakıyla iqtisadiyyatın müxtəlif sektorları üzrə görüşlər və digər tədbirlər keçirilir. Bu görüşlərin təşkilində məqsəd sahibkarlarla dövlət qurumları arasında səmərəli əməkdaşlığa nail olmaq, müxtəlif sahələr üzrə müzakirələr aparmaq, sahibkarların müvafiq sahənin inkişafı ilə bağlı fikir və təkliflərini öyrənməkdir. Belə görüşlərin müxtəlif sahələr üzrə davamlı olaraq keçirilməsi nəzərdə tutulur. Görüş çərçivəsində həmçinin, aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarları turizm sahəsində yeniliklər, bu sahədə mövcud qanunvericilik və dəyişikliklər, dövlət dəstəyi tədbirləri barədə məlumatlandırıblar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019
23.06.2019