Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qazaxıstanda keçiriləcək seçkiləri Azərbaycandan 40 müşahidəçi izləyəcək
Tarix: 22.05.2019 | Saat: 16:34:00
Bölmə:Siyasət | çapa göndər

Qazaxıstanda iyunun 9-da keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin qeydə alınması prosesi başa çatıb. Seçkilərdə 4 iştirak edəcək.

Hafta.az yazır ki, bu barədə Qazaxıstanda prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfiri Beybit İsabayev deyib. O bildirib ki, bu ilin martında Qazaxıstanda hakimiyyətin sülh yolu ilə ötürülməsi baş verdi. Bu proses konstitusiyaya tam uyğun şəkildə həyata keçirildi.

Diplomat Qazaxıstanın Mərkəzi Seçki Komissiyası tərəfindən hazırda prezident vəzifəsini icra edən Kasım-Jomart Tokayev daxil olmaqla 7 namizədin qeydə alıb. Onun sözlərinə görə, seçkiləri müşahidə etmək üçün hazırda 125 xarici müşahidəçi qeydə alınıb. Ümumilikdə 10 beynəkxaq təşkilatdan min müşahidəçi gözlənilir. Azərbaycandan da nümayəndə heyəti dəvət olunub. Həm MSK-a, həm də Milli Məclis, eləcə də beynəlxalq təşkilatlar daxilində Azərbaycandan 40 müşahidəçi gözləyirik.

Səfir əlavə edib ki, Azərbaycanda da seçki məntəqəsi açılacaq. Vurğulayıb ki, seçkilərdən sonra Qazaxıstanın yeni rəhbərliyi ilə Azərbaycanla əlaqələr dinamik inkişaf edəcək. “Azərbaycanda yaşayan Qazaxıstan vətəndaşları yerli vaxtla saat 7-dən axşam saat 8-dək səs verə biləcəklər”, - deyən diplomat ölkəsində seçkilərlə bağlı bütün hazırlıq işlərinin artıq başa çatdığını da qeyd edib.

Xatırladaq ki, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev prezident seçkilərindəki "Nur Otan" Partiyasından Tokayevin namizədliyini irəli sürüb.

İkitərəfli münasibətlərə də toxunan səfir deyib ki, Qazaxıstanla Azərbaycan arasındakı yüksək səviyyəli qardaşlıq münasibətləri ölkənin yeni rəhbərliyi dövründə də dinamik inkişafını davam etdirəcək. Səfir ölkəsinin beynəlxalq öhdəliklərə sadiq qaldığını və öz balanslaşdırılmış siyasətini milli maraqlarına uyğun davam etdirəcəyini də deyib: “Qazaxıstanda prezident seçkiləri iyunun 9-da keçiriləcək. Ölkə tarixində ilk dəfə prezident vəzifəsinə qadın namizədliyini irəli sürüb. Seçkilərdə mindən çox beynəlxalq müşahidəçinin iştirakını gözləyirik. Azərbaycandan da müşahidəçilər dəvət olunub. Məlumata görə, Azərbaycan nümayəndə heyətinin tərkibində 40-dan çox nümayəndə yer alır”.

O qeyd edib ki, Qazaxıstanın Bakıdakı səfirliyində vətəndaşların səs verməsi üçün 262 saylı səsvermə məntəqəsi açılacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019