Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Adı «pulsuz» olan qeysəriyyə əməliyyatları
Tarix: 22.05.2019 | Saat: 18:15:00
Bölmə:Sosial | çapa göndər

Bu cərrahi müdaxiləni keçirən xəstələrin əməliyyat üçün tibb müəssisələrinə ödədiyi vəsait geri qaytarıla bilərmi?

Son illər Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı artıb; məsələn: statistik göstəricilərə əsasən, 2011-ci ildə 175 175 doğuşun 25960-sı qeysəriyyə kəsiyi əməliyyatı ilə edilib. 2012-ci ildə 173 376 doğuşun 30794-ü, 2013-cü ildə 171 508 doğuşun 28954-ü, 2014-cü ildə 168889 doğuşun 30561-i, 2015-ci ildə 164614 doğuşun 45942-si, 2016-cı ildə 158 051 doğuşun 46555-i, 2017-ci ildə 142 710 doğuşun 47760-ı qeysəriyyə əməliyyatı ilə olub. Ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı da artıb. Azərbaycanda 2014-cü ildə hər 100 doğuşdan 18,1-i, 2015-ci ildə 27,9-u, 2016-cı ildə 29,5-i, 2017-ci ildə 33,5-i qeysəriyyə kəsiyi əməliyyatı ilə baş tutub. Lakin 2018-ci ildə bu rəqəm nisbətən azalaraq 27 faiz olub.
Qeyd edək ki, əslində, qeysəriyyə əməliyyatına yalnız patoloji hallarda üstünlük verilməlidir. Ekspertlərin fikrincə, əksər hallarda bu məsələ nəzərə alınmır və həkimlər ciddi göstəriş olmayan pasiyenti də qeysəriyyə əməliyyatına alırlar. Bunun əsas səbəbi isə əlavə qazanc əldə etmək məqsədi daşıyır. Bu məsələyə, hətta İnsan Hüquqları üzrə Müvəkkilin ötən ilki hesabatında da toxunulub. Belə ki, Ombudsmanın 2018-ci il üzrə məruzəsində deyilir ki, ana və körpələrin sağlamlığının qorunması sahəsində ciddi məsələlərdən biri əksər tibb ocaqlarında, xüsusilə tibb müəssisələrində qeysəriyyə əməliyyatına üstünlük verilməsidir.

Məruzədə vurğulanır ki, ölkəmizdə, hətta regionlarda yayılmış və artmaqda olan bu cərrahi müdaxilə buna həyati tibbi göstəriş olduğu hallar istisna olmaqla, bir çox hallarda asan seçim yolu və daha çox qazanc üsulu kimi istifadə edilir. Bu da istər bilavasitə, istərsə də ana və uşaqların sağlamlığının təhlükələrlə üzləşməsinə səbəb olur.
Yeri gəlmişkən, qeysəriyyə əməliyyatı pulsuz əməliyyat sayılsa da, reallıqda belə deyil. Bu əməliyyatın qiyməti tibb müəssisəsinə görə dəyişir və ən azı 1 000 manata başa gəlir. Qeyri-rəsmi məlumatlara görə isə ölkəmizdə qeysəriyyə əməliyyatı keçirən xəstələrin əməliyyat üçün tibb müəssisələrinə ödədiyi vəsait gələcəkdə həmin pasiyentlərə dövlət hesabına geri qaytarıla bilər.
Məsələ ilə bağlı dəqiqləşdirmə aparmaq üçün Səhiyyə Nazirliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova hafta.az-a bildirib ki, onlarda bununla bağlı hansısa məlumat yoxdur. O həmçinin dövlət tibb müəssisələrində tibbi xidmətin, o cümlədən qeysəriyyə əməliyyatının pulsuz olduğunu xatırladıb.
Məsələni hafta.az-a şərh edən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, dünyanın hər yerində, o cümlədən Azərbaycanda dövlət xəstəxanalarında xidmət pulsuzdur. Amma dünya ölkələrində məhz icbari tibbi sığortanın tətbiq olunması dövlət tibb müəssisələrinin həqiqətən də pulsuz xidmət göstərməsinə imkan yaradıb: “Azərbaycanda bu məsələ hələ ki yenidir.Tutaq ki, biz cərrahiyyə əməliyyatlarının pulsuz olduğunu deyirik. Amma cərrahiyyə əməliyyatı heç vaxt pulsuz ola bilməz. Bu ya icbari sığortanın, ya da vətəndaşın hesabına qarşılanmalıdır.

Təbii ki, vətəndaşın bu xərcləri qarşılamağı absurd bir stuasiyadır. Amma indiki şəraitdə başqa çıxış yolu da yoxdur. Hesab edirəm ki, bu məsələlər sivil qaydada həllini tapmalıdır.Yəni, dünya hansı yolla gedirsə, biz də o yolla getməliyik».
A.Qeybulla onu da qeyd edib ki, Səhiyyə Nazirliyinin hansısa təlimatları bu səhədəki nöqsanları aradan qaldırmaq iqtidarında deyil. Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyində bildirirlər ki, tibb müəssisələrinə təxminən 166 adda dərman və tibbi ləvazimatlar pulsuz verilir: “Bununla bağlı hər bir səhiyyə müəssisəsində siyahı olduğu deyilir. Axı, bu problemdən çıxış yolu deyil. Eləcə də deyilir ki, dövlət müəssisələrində əməliyyatlar, o cümlədən qeysəriyyə əməliyyatı pulsuz həyata keçirilir. Əslində isə reallıq başqadır. Burada bir məsələ var ki, pasiyentin dövlət müəsisəsinə ödədiyi vəsait qeyri-rəsmi ödənişlərdir. Yəni, həmin ödənişlərin heç bir hesabatı aparılmır. O ki qaldı özəl tibb müəsisələrində qeysəriyyə əməliyyatı olanların həmin tibb müəssisələrinə ödədiyi vəsaitin dövlət tərəfindən onlara geri qaytarılmasına bu mümkünsüz bir məsələdir. Cünki biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Hər bir özəl müəssisə müstəqil qiymət siyasəti həyata keçirir. Xəstəxana və həkim seçimi də xəstənin özünə bağlı olan bir məsələdir. Ona görə də problemdən ən yaxşı çıxış yolu icbari tibbi sığortanın tətbiqinin genişləndirilməsidir”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin əvvəlində “Tibbi sığorta haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Sənəddə göstərilib ki, Azərbaycan vətəndaşları, ölkədə daimi və müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər icbari tibbi sığorta (İTS) xidmətindən yararlana biləcəklər. Qanun, sığortaolunana sığorta ili müddəti ərzində göstərilən tibbi xidmətlərin sığorta limitini nəzərdə tutur.

Düzəlişlərə əsasən, xidmətlər zərfi – baza və əlavə hissələrdən ibarət olacaq. Baza xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq göstərilən ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidmətini nəzərdə tutacaq. Əlavə hissə isə ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsini nəzərdə tutacaq.
Ölkənin dövlət büdcəsindən İTS-nin baza hissəsini maliyyələşdirmək üçün hər bir vətəndaşa illik 29 manat ayrılacaq. Sığortanın əlavə hissəsi əmək haqqının 4 faizi həcmində sığorta haqları hesabına formalaşacaq, onlardan 2 faizi işçiyə, 2 faizi işəgötürənin üzərinə düşəcək.
Dövlət büdcəsi, həmçinin 18 yaşına çatmamış şəxslər üçün 120 manat, təhsil alan və 23 yaşa çatmayanlar, təqaüdçülər, ünvanlı sosial yardım (ÜSY) alanlar, hamilə qadınlar üçün 120 manat məbləğində İTS xərclərini ödəyəcək. Sahibkarların, fiziki şəxslər üçün İTS xidmətlərinin dəyəri həmçinin 120 manat təşkil edəcək və bu məbləğ onlar tərəfindən ödəniləcək. Düzəlişlər 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minəcək.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019