Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Müsabiqədənkənar ali təhsil alan gənclərin sayı artacaq
Tarix: 22.05.2019 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Nazirlər Kabineti tərəfindən bununla bağlı yeni qaydalar təsdiq edilib

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul aparmağa əsas verən beynəlxalq müsabiqələrin və yarışların yeni siyahısı açıqlanıb. Qeyd edək ki, bu məsələ Nazirlər Kabinetinin təsdiqlədiyi “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nda əksini tapıb.
Siyahıya aşağıdakı beynəlxalq müsabiqələr və yarışlar daxildir:
- Beynəlxalq riyaziyyat olimpiadası (IMO);
-. Beynəlxalq Balkan riyaziyyat olimpiadası (yuxarı yaş qrupu) (BMO);
- Avropa qızlar riyaziyyat olimpiadası (EGMO);
- Beynəlxalq fizika olimpiadası (IPHO);
- Avropa fizika olimpiadası (EUPHO);
- Asiya fizika olimpiadası (APHO);
- Beynəlxalq kimya olimpiadası (ICHO);
- Beynəlxalq Mendeleyev kimya olimpiadası;
- Beynəlxalq biologiya olimpiadası (IBO);
- Beynəlxalq informatika olimpiadası (IOI).
Respublika fənn olimpiadalarının siyahısı
- Azərbaycan dili və ədəbiyyat;
- tarix;
- coğrafiya;
- riyaziyyat;
- fizika;
- kimya;
- biologiya;
- informatika.
Beynəlxalq müsabiqələrin və yarışların siyahısı
- Olimpiya oyunları;
- Olimpiya idman növləri üzrə Dünya çempionatı və birincilikləri;
- Olimpiya idman növləri üzrə Avropa çempionatı və birincilikləri;
- Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya çempionatı və birincilikləri;
- Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Avropa çempionatı və birincilikləri;
- Yeniyetmələrin yay olimpiya oyunları;
- Avropa oyunları;
- İslam Həmrəyliyi oyunları;
- ”Muğam aləmi” beynəlxalq muğam müsabiqəsi (Bakı, Azərbaycan);
- Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan);
- M.Maqomayev adına vokalçıların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);
- Qəmər Almaszadə adına beynəlxalq rəqs müsabiqəsi (Bakı, Azərbaycan);
- “Grumiaux” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika);
- Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya);
- Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan);
- Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Xorvatiya);
- Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);
- Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya);
- Caz musiqi festivalı (Montre, İsveçrə);
- “Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (Nur-Sultan, Qazaxıstan) ;
- Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);
- “Eurovision” estrada mahnı müsabiqəsi;
- Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);
- Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan);
- Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa);
- Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa);
- Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya);
- Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya);
- Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya);
- Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya);
- Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika);
- Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ);
- “Şərq təranələri” beynəlxalq musiqi festivalı (Səmərqənd, Özbəkistan).

Yeri gəlmişkən, qeyd edək ki, ötən il "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə əsasən, beynəlxalq olimpiada qalibləri istənilən ixtisas üzrə, respublika fənn olimpiadalarının qalibləri isə olimpiadaya qatıldıqları fənnə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna bilirlər. Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalarda respublika fənn olimpiadalarının qaliblərinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu aparılacaq ixtisasların siyshısı da dəqiqləşdirilib. Qaydalarda göstərilib ki, namizəd Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiada qalibidirsə, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi; məktəbəqədər təlim və tərbiyə; ibtidai sinif müəllimliyi;
korreksiyaedici təlim; filologiya (dil və ədəbiyyat göstərilməklə); jurnalistika;
kitabşünaslıq, tarix fənni üzrə - tarix; tarix müəllimliyi; tarix və coğrafiya müəllimliyi; antropologiya; politologiya; fəlsəfə; kitabşünaslıq; sosiologiya; muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, coğrafiya fənni üzrə - coğrafiya;
coğrafiya müəllimliyi; tarix və coğrafiya müəllimliyi; regionşünaslıq (regionlar üzrə); ekologiya; hidrometeorologiya; riyaziyyat fənni üzrə - riyaziyyat; riyaziyyat müəllimliyi; riyaziyyat və informatika müəllimliyi; mexanika; kompüter elmləri; kompüter mühəndisliyi; mexatronika və robototexnika mühəndisliyi;
enerji maşınqayırma mühəndisliyi; maşın mühəndisliyi; geofizika mühəndisliyi;
neft-qaz qurğuları mühəndisliyi; elektroenergetika mühəndisliyi; istilik energetikası mühəndisliyi; avianəqliyyat istehsalatının təşkili mühəndisliyi;

aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi; hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi; hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi; gəmiqayırma və gəmi təmiri mühəndisliyi; yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi; cihazqayırma mühəndisliyi; texnoloji maşın və avadanlıqlar mühəndisliyi; elektrik mühəndisliyi;
elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi; mexanika mühəndisliyi; kompüter mühəndisliyi; informasiya texnologiyaları və sistemləri mühəndisliyi; inşaat mühəndisliyi; nəqliyyat tikintisi mühəndisliyi; tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi; statistika ixtisasını seçə bilər.
Abituriyent fizika fənni üzrə qalibdirsə, o halda fizika; fizika müəllimliyi;
mexanika; geofizika mühəndisliyi; elektroenergetika mühəndisliyi;
elektrik mühəndisliyi; materialşünaslıq mühəndisliyi; kimya fənni üzrə - kimya;
kimya müəllimliyi; kimya və biologiya müəllimliyi; ekologiya; qida məhsulları mühəndisliyi; biologiya fənni üzrə - biologiya; biologiya müəllimliyi; kimya və biologiya müəllimliyi; ekologiya; balıqçılıq və balıqçılıq təsərrüfatı işi; su bioehtiyatları və akvabitkilər; bitki mühafizəsi; aqronomluq; zootexniklik;
baytarlıq; psixologiya; qida məhsulları mühəndisliyi; informatika fənni üzrə- riyaziyyat və informatika müəllimliyi; informatika müəllimliyi; kompüter elmləri;
kompüter mühəndisliyi; proseslərin avtomatlaşdırılması mühəndisliyi;
informasiya texnologiyaları; sistem mühəndisliyi; mexatronika və robototexnika mühəndisliyi ixtisasını seçə bilərlər.
Olimpiya oyunları üzrə qaliblərin isə fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə); Olimpiya idman növləri üzrə Dünya çempionatı və birinciliklər üzrə qaliblərin-fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlarüçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə);

Olimpiya idman növləri üzrə Avropa çempionatı və birinciliklər üzrə qaliblərin- fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə);

Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyriolimpiya idman növləri üzrə Dünya çempionatı və birinciliklər üzrə qaliblərin- fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə); Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyriolimpiya idman növləri üzrə Avropa çempionatı və birinciliklər üzrə qaliblərin- fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə); Yeniyetmələrin yay olimpiya oyunları üzrə qaliblərin- fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə); Avropa oyunları üzrə qaliblərin- fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə); İslam Həmrəyliyi oyunları üzrə qaliblərin-fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə);
bədən tərbiyəsi və idman və məşqçi (idman növü üzrə) ixtisaslarını seçmək imkanı var.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019
23.06.2019