Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Cəlılabadda müəllim döyüldü - GÜNÜN TƏZADLARI
Tarix: 22.05.2019 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Daxili İşlər Nazirliyi Cəlilabadda müəllimin döyülməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi. Hafta.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ONA-ya açıqlamasında bildirib ki, Cəlilabad rayonu Uzuntəpə kənd 3 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizov mayın 17-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, mayın 16-da saat 22 radələrində bir qrup həmkəndlisi tərəfindən döyüldüyünü bildirib. Müraciət əsasında polis tərəfindən müvafiq izahatlar alınıb, hadisə yerinə baxış keçirilib, məhkəmə tibbi ekspertizası təyin edilərək müvafiq rəy əldə edilib və digər təxirəsalınmaz hərəkətlər icra olunub. Ekspertizanın rəyində A.Əzizovun döyülmə nəticəsində sağlamlığına yüngül zərər vurulduğu müəyyən edilib. Müəllimin şagirdə sataşdığı üçün döyülməsi barədə yayılan xəbərlərə də münasibət bildirən O. Mansurzadə qeyd edib ki, hadisə ilə bağlı hər iki tərəfin izahatları alınıb. Bu zaman həmin fakt təsdiqini tapmayıb. Hadisəni törədən şəxslər də yayılmış müəyyən şayiələr əsasında, anlaşılmazlıq zəminində və emosional halda müəllimi döydüklərini peşmançılıq hissi ilə etiraf ediblər və tərəflər arasında barışıq əldə olunub. Faktla bağlı CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.


20 nəfəri ildırım vurdu


İranda 20 nəfər ildırımvurmasından öldü. Hafta.az xəbər verir ki, ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Təcili – Tibbi Yardım Təşkilatı açıqlayıb. Məlumata görə, ötən iki həftə ərzində ildırım ölkənin 19 əyalətində 20 nəfərin həyatına son qoyub. Bundan başqa, ildırımvurma nəticəsində daha 32 nəfər xəsarət alıb. Məlumatda, həmçinin, ötən iki həftə ərzində ölkədə baş vermiş sel və daşqınlar nəticəsində 2 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilir.


ABŞ vətəndaşlığını qəbul etdi – öldürüldü


Ötən həftə Amerika vətəndaşlığı almasını bayram etmiş iraqlı müsəlman Rafat Said Florida ştatında qətlə yetirildi. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, bir müddət əvvəl Birləşmiş Ştatlara İraqdan qaçqın statusu ilə gələn 36 yaşlı Rafat Tampa şəhərinin məscidi qarşısında güllələnib. Rafat həmin gecə iftar etmək və təravih namazı qılmaq üçün Tampa-Bey İslam Cəmiyyətinin məscidinə gəlib. Lakin aqressiv düşüncəli həmsöhbəti ilə aralarında baş verən mübahisə faciəli sonluqla nəticələnib - yeni ABŞ vətəndaşı ibadətgahın parkinq məkanında güllələnib. Mərhum iki uşaq atası olub. Dindaşları onu xeyirxah və fədakar bir insan kimi xatırlayırlar. "Hamının sevimlisi idi" deyən 46 yaşlı Hatem Naci əlavə edir: "O, İraqdakı qırğınlardan qaçırdı - ABŞ-da öldürüldü...".


Porsuq dükana girərək 3 nəfəri yaraladı


Rusiyanın Ufa şəhərində quduz porsuq mağazaya soxularaq üç nəfərə xəsarət yetirdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, porsuq onu tutmaq istəyən işçiləri dişləyib. Baytarların verdiyi məlumata görə, heyvan quduzluğa yoluxubmuş. Baytarlar iynə vuraraq onu öldürməyə məcbur olublar. Yaralanmış üç nəfərə quduzluq əleyhinə zərdab vurulub. Onlar hazırda xəstəxanada müalicə alırlar. Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyada quduzluğa yoluxmuş ceyran da sakinlərə hücum etmişdi.


Pilotsuz poçt maşınları sınaqdan çıxarıldı


ABŞ-da Feniks şəhərindən (Arizona) Dallasa (Texas) bağlama aparmalı olan poçt yük maşınlarının sınağına başlandı. Hafta.az yazır ki, bu haqda "Report" xəbər yayıb. "TuSimple" yük maşınları çatdırılmanı kabinadan pilotsuz nəqliyyat vasitəsinin işini müşahidə edəcək sürücü və mühəndisin nəzarəti altında yerinə yetirəcək. Bildirilir ki, yük maşınlarında quraşdırılmış kameralar 1000 kilometr məsafədən mümkün təhlükəni qeydə almağa imkan verəcək.


Metro qatarları 3 saatdan çox tuneldə qaldı


Moskva metrosunun "Ramenki" stansiyasından "Xorosevskaya" stansiyası arasındakı tunel xəttində qatarların hərəkətində texniki problem yarandı. Hafta.az-ın yazdığına görə, ONA “RİA Novosti”-yə istinadla xəbər verir ki, qəza nəticəsində mindən çox sərnişin 3 saat 20 dəqiqə tuneldə qalıb. Moskva Nəqliyyat və Yol İnfrastruktur İdarəsinin rəhbəri Maksim Liksutov hadisə barədə məlumat verərək bildirib ki, dərhal relslərdəki elektrik cərəyanı qapadılıb, bütün sərnişinlər tuneldən təxliyyə edilib. Xəsarət alan olmayıb. Qəzanın baş verdiyi metrostansiyaların bütün giriş-çıxışları bağlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019