Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dahi bəstəkarın heykəli təmizlənmir - FOTO
Tarix: 23.05.2019 | Saat: 10:21:00
Bölmə:Sosial | çapa göndər

Paytaxt Bakıda bəzən tanınmış simaların heykəllərinin çirkli halda olduğunu görmüşük. Dəfələrlə mətbuatda bu haqda yazılar səslənsə də, bir müddət heykəllər yuyulur və sonradan yenə köhnə vəziyyətə qayıdır... Elə bu gün şahidi olduğumuz mənzərə də onun bir əyani subutudur.

Tanınmış bəstəkar, dramaturq Üzeyir Hacıbəyovun heykəlinin baş hissəsində olan görüntü vadar edir ki, bu məsələyə yenidən toxunaq. Axı bu görüntü dahi bəstəkarın heykəlinə yaraşmır...

Mədəniyyət Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov dedi ki, bu barədə ancaq yerli icra hakiməyyətləri məlumat verə bilər:
 
“Yəni təmizlik işi ilə rayon, şəhər icra hakimiyyətləri, onların müvafiq qurumları məşğul olmalıdır”. Memar Fəxrəddin Milay isə deyir ki, bu hallar birinci dəfə deyil olsun. Bakı Şəhər İcra Hakimiyyəti və Bakıda olan rayon icra hakimiyyətləri bunlara baxmalıdır:
 
“Süpürgəçi qadından soruşsan da onlar eyni cavabı verərlər: əlbəttə, pis haldır. Amma nə olsun, zaman göstərir ki, bu hallar bizim Bakımızda var. İcra orqanları bununla mütləq maraqlanmalıdır”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019