Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Azərbaycanda qadına hörmət milli dəyərlərdən biridir" - Hicran Hüseynova
Tarix: 23.05.2019 | Saat: 10:14:00
Bölmə:Sosial | çapa göndər

BMT-nin Əhali Fondunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə keçirdiyi "Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi nəticələri" adlı tədqiqatın təqdimat mərasimi keçirilib.

Tədbirin açılışında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, qadınlara qarşı zorakılıq böyük ziyanlara yol açır. "Azərbaycanda qadına hörmət milli dəyərlərdən biridir və insanlar bu cür hallara qarşı çıxır. Dövlət də bu hallara qarşı ciddi mübarizə aparır" deyən H.Hüseynova qeyd edib ki, Azərbaycan hökuməti qadına qarşı zorakılıqla mübarizə sahəsində BMT ilə əməkdaşlıq edir.

O, davamlı olaraq layihələr icra olunduğunu nəzərə çatdıraraq deyib ki, məsələn, qız qaçırma hallarının qadına qarşı zorakılıq halı olduğunu çoxları başa düşmür. "Qadınlara qarşı zorakılığın yaratdığı iqtisadi ziyanların həcmi hələ öyrənilməyib. Elə indi təqdimatı olan tədqiqat da bu məsələyə həsr olunub" deyən komitə sədri bildirib ki, məsələn, zorakılıq nəticəsində qadın xəstələnə, iş qabiliyyətini itirə və sair bilər ki, bu da iqtisadi ziyanların bir hissəsidir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019