Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Qadınların 15 faizi partnyorlarının fiziki zorakılığına məruz qalır"- Qulam İshaqzai
Tarix: 23.05.2019 | Saat: 10:52:00
Bölmə:Sosial | çapa göndər

BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzai BMT Əhali Fondunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə keçirdiyi "Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi nəticələri" adlı tədqiqatın təqdimat mərasimində deyib ki, ölkələrdə gender əsaslı zorakııqla mübarizədə ədaləti bərqərar etmək məqsədilə inzibati və cinayət cəzası tətbuq ediblər:

"Azərbaycan 2010-cu ildə məişət zorakılığının qarşısını almaq haqqında qanunu qəbul edərək, qadınlara qarşı zorakılığın dövlətin müdaxiləsini zəruri edən insan güquqlarının pozuntusu olması mesajını verdi. Bu gün Azərbaycan hökumətinin həmin qanunun qəbulundan sonra qazandığı uğurları şərh etməkdən məmnunam" deyib Q.İshaqzai.

BMT rəsmisi deyib ki, 2008-ci ildə Azərbaycanda keçirilən gender əsaslı zorakılıq üzrə ilk tədqiqatın nəticələrinə əsasən cinsi portnyoru klmuş bütün qadınların 15 faizi həyatlarının müəyyən məqamında partnyorunun fiziki zorakılığına məruz qalır. 2016-cı ildə "Kişilərin gender bərabərliyinə münasibətinə dair tədqiqat" göstərir ki, bu rəqəmlərdə artım müşahidə edilir. Kişilərin 32,5 faizi zorakılıq törətməsi, qadınların isə 32,1 faizi zorakılığa məruz qalma halları haqda məlumat verir.

"İlk baxışda bu rəqəmlər zorakılığın dinamikasında olan dəyişikliklərə dəlalət etsə də, unutmamalıyıq ki, bu rəqəmlərin nisbi artımı həm də hökumətin BMT ilə əməkdaşlıq tıdbirləri daxil olmaqla əhali arasında bu fenomenin aradan qaldırılması istiqamətində apardığı maarifləndirmə tədbirləri nəticəsində zorakılığa dair məlunat vermə səviyyəsinin artmasının nəticəsi ola bilər" Q.İshaqzai deyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.06.2019
17.06.2019
16.06.2019