Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Qadınlara qarşı zorakılığın məcmu iqtisadi xərcləri 764 milyon dollara çata bilər"- Qanna Qerasimenko
Tarix: 23.05.2019 | Saat: 11:00:00
Bölmə:Sosial | çapa göndər

Bu gün BMT-nin Əhali Fondunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə keçirdiyi "Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi nəticələri" adlı tədqiqatın təqdimat mərasimi keçirilib.

Hafta.az yazır ki, tədbirdə layihə rəhbəri Qanna Qerasimenkonun verdiyi məlumata əsasən qadınlara qarşı zorakılığın məcmu iqtisadi xərcləri 764 milyon dollara (ölkənin ÜDM-nin 1,8 faizi) çata bilər. Bu təqribi xərclər rəsmi şəkildə qeydə alınmış qadınlara qarşı zorakılıq hadisələrinin iqtisadi ekvivalentindən (2.8 milyon dollar) 200 dəfə daha çoxdur, çünki bu xərclər rəsmi statistikadan kənarda qalan zorakılıq hallarını da təqribi əks etdirir,” - xanım Qerasimenko açıqlayıb.

Nəticələrə əsasən, 2017-ci ildə qadınlara qarşı zorakılığa cavab olaraq göstərilən xidmətlərin ümumi dəyəri 11.8 milyon dollara qədər ola bilərdi. Tədqiqat çərçivəsində edilmiş hesablama nəticələrinə əsasən, qadınlara qarşı zorakılıqdan zərərçəkənlərə göstərilmiş tibbi xidmətlərin dəyəri 9.8 milyon dollara çata bilərdi (hadisədən sonrakı profilaktik xidmətlərin və dərman vasitələrinin cari qiymətləri əsasında, qeydə alınmış qadınlara qarşı zorakılıq hadisələri üçün bu göstərici 123 min dollar olaraq hesablanıb). Hüquq-mühafizə orqanları tərəfindən qadınlara qarşı zorakılığa qarşı adekvat cavab tədbirlərinin görülməsinə, o cümlədən cinayətlərin araşdırılması, mühafizə orderlərinin verilməsi və məhkumların cəzaçəkmə müəssisələrində saxlanılmasına 1.5 milyon dollara yaxın vəsait sərf olunduğu ehtimal edilib.

Qeyd edək ki, hesabatda zərərçəkənlərin aldıqları xəsarətlər və yardım üçün müraciət etmə təcrübələrini anlamaq məqsədilə, qadın əhali arasında zorakılığın yayılma səviyyələrini müəyyən etmək üçün 2008-ci ildə Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı aparılmış milli sorğunun əsas nəticələrindən də istifadə olunub. Əlavə məlumatlar toplamaq üçün yerli səhiyyə işçiləri və sosial işçilər, polis əməkdaşları və hakimlər, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və QHT-lərin nümayəndələri ilə fokus qrup müzakirələri aparılıb. Yerli ekspertlər və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən dövlət qurumlarının nümayəndələri ilə geniş müsahibələr vasitəsilə tədqiqatın strukturu və yanaşmaları müəyyən edilib. Bundan əlavə, zorakılığa məruz qalmış qadınların şəxsən sərf etdiyi xərclər və zorakılığın nəticələrini aradan qaldırmaq üçün gördükləri tədbirlər barədə məlumatlar toplamaq üçün zorakılığa məruz qalmış və yardım üçün müraciət etmiş 197 qadın arasında ünvanlı sorğu keçirilib.

Öz növbəsində BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev çıxışında qadınlara qarşı zorakılığın qarşısı alına biləcək fenomen olduğunu vurğuladı. “Zorakılığın qarşısı alınarsa, onun fəsadlarının aradan qaldırılması üçün sərf edilən vəsait ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına yönəldilərsə, bu həm Azərbaycan hökumətinin, həm də Azərbaycan əhalisinin böyük uğuru və nailiyyəti olar,” - deyə F.Babayev öz nitqində qeyd edib.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019
Meyvə bazarında qiymətlər niyə düşmür? - REPORTAJ
"2019-cu il sosial inkişaf ili kimi öz təsdiqini tapdı" - Pərvin Kərimzadə
“Ölkə başçısı əmək haqqlarının artımı anonsunu hələ ilin əvvəlindən vermişdi” – Kamilə Əliyeva
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
PSJ Neymarın qiymətini açıqladı
"Zəlzələdə evləri dağılan ailələr üçün 288 ev inşa edilir" - Şamaxı RİH
"Münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır" - SPİKER
Ağcabədidə satış üçün hazırlanan ölmüş heyvan cəmdəyi aşkarlanıb
“Mançester Yunayted” futbolçusunu 84 milyon avroya satır
“Qara dəniz regionunun rifahı yaxşı qonşuluq və tolerantlıq yolu ilə təmin oluna bilər” - Elmar Məmmədyarov