Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gərək elə edək ki, təbiəti özümüzdən küsdürməyək - Müsahibə
Tarix: 23.05.2019 | Saat: 10:44:00
Bölmə:Müsahibə | çapa göndər

23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır. Qeyd edək ki, respublikada həyata keçirilən struktur islahatları çərçivəsində ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli fərmanı ilə ətraf mühitin qorunması və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı aspektləri ilə məşğul olan və fəaliyyətlərində qismən biri-birini təkrarlayan Dövlət Ekologiya və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Komitəsi, “Azərmeşə” İstehsalat Birliyi, Geologiya Komitəsi, “Azərbalıq” Dövlət Konserni və Dövlət Hidrometeorologiya Komitəsi ləğv edilib və onların bazasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Az sonra, ölkə prezidentinin 18 sentyabr 2001-ci il tarixli fərmanı ilə Nazirliyin əsasnaməsi təsdiq edilib. 2007-ci il mayın 16-da isə Prezident İlham Əliyev hər il may ayının 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb. Həmin tarixdən başlayaraq nazirliyin işçiləri hər il mayın 23-nü peşə bayramları kimi qeyd edirlər. Bu münasibətlə Həftə içi qəzetinin və hafta.az saytının müsahibi Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimovadır.

 - İradə xanım, ekoloji mühitin qorunması məsələsi bütün dövrlər üçün aktual olsa da, dünyada müşahidə edilən iqlim dəyişiklikləri bu məsələni hazırda daha da vacib edib. İndiki vaxtda Azərbaycanda ətraf mühitin qorunmasını qaneedici saymaq olarmı?

-Mən də hesab edirəm ki, elə dövrə qədəm qoymuşuq ki, təbiətlə cəmiyyət münasibətlərində həlli vacib olan problemlər movcuddur və bu problemlər indi həll edilməlidir, yoxsa sabah gec ola bilər. Yəni insanlara yaşamaq üçün bütün vacib olanları bəxş edən təbiət insanların onu aşırı istismar etməsindən ciddi zərər görür, tükənir. Sadə desək, gərək elə edək ki, təbiətimizi özümüzdən küsdürməyək. Ona qayğımızı artıraq, bəzən qəddarlıqla müşayət olunan münasibətləri dəyişək. Subyektiv fikrimi deyirəm, açığı bu gün dünyanın heç bir ölkəsində ətraf müitin qorunmasını qaneedici hesab etmək olmaz. Niyə? Ona görə ki, məncə bu gün hər bir ölkə az və ya çox dərəcədə təbiətə, ətraf mühitə zərər verir. Məsələn, səhv etmirəmsə, iqlim dəyişmələrinə səbəb olan istilik effekti yaradan qazların atmosferə atılmasına görə, inkişaf etmiş ölkələr öndə gedir. Yəni ekoloji mühitin qorunması artıq bütün dünya ölkələrinin məsuliyyətindədir. Azərbacanda da bilirsiz ki, ətraf mühitlə bağlı çox ciddi tədbirlər həyata keçirilir ki, təbiətimizi özümüzdən küsdürməyək.

-Konkret deyək, nələri etmişik və nələri etməliyik?              

-Belə ifadə edək, Ekologiya və Təbii SərvətlərNazirliyi olaraq hazırda həm təcili, vacib olan işləri görürük, həm də davamını planlaşdırırıq. Nazirlik tərəfindən qlobal və yerli ekoloji problemlər təsnifatlandırılıb, prioritetlər müəyyənləşdirilib. Yaşıllıq sahələrinin, meşələrin qorunması və daha da artırılması, çirklənmiş ərazilərin təmizlənərək iqtisadi dövriyyəyə qaytarılması, atmosfer havasının, Xəzər dənizinin çirkləndirilməsinin qarşısının alınması, təbiətə ciddi zərər verən plastiklərin istifadəsinin tədricən azaldılaraq imtina edilməsi, flora və fauna növlərinin tərkibinin qorunub saxlanması və təbii resurslardan, o cümlədən sudan, faydalı qazıntılardan səmərəli və qənaətcil istifadəni təmin etmək kimi əsas istiqamətlərdə iş aparılır. Yəni, birmənalı olaraq əsas hədəfimiz əhalinin saglam ətraf mühitdə yaşamasını təmin etməkdən ibarətdir ki, bununla bağlı da artıq bir sıra mühüm işlər görülüb. Məsələn, Abşeron yarmadasında uzun illər neft sənayesinin fəaliyyətindən əmələ gəlmiş tullantıların təmizlənməsi prosesi gedir. Hava Limanı yaxınlığında olan Çuxurdərə gölməçələrində təmizlənmə işlərinin müəyyən hissəsi başa çatıb və proses davam edir. Keçmiş “Yod Brom” zavodunun ərazisi tullantılardan təmizlənib, artıq 66 hektar sahədə yaşıllıq salınıb.

-Prezidentimiz də səhv etmiriksə, həmin ərazidə ağac əkdi...

 -Bəli, mayın 10-da Ulu Öndərin doğum günündə cənab Prezident ailə üzvləri ilə birlikdə bu ərazidə ağac əkdi, həmin gün 4 hektar sahədə 3250 ədəd müxtəlif növ ağac tingləri əkildi.

 -ETSN yaşıllıqların artırılmasına, deyəsən daha çox diqqət yetirir. Son zamanlar ağacəkmə aksiyaları çoxalıb.

 -Hamımız bilirik ki, Abşeron yarımadası üçün yaşıllıqlar olduqca vacibdir. Həm iqliminə, həm əhali sıxlığına, həm də iqtisadi yükünə görə bu regionda yaşıllıq sahələrinə ehtiyac daha çoxdur. Məqsədimiz də odur ki, ağac əkilməsi işi kütləviləşsin, geniş surətdə təşviq olunsun. Əgər siz deyirsizsə, ağacəkmə aksiyaları çoxalıb, deməli məqsədimizə müəyyən qədər nail ola bilmişik. Amma təkcə ağac əkməklə də iş bitmir. Min əziyyətlə və məsrəflə becərilən ağacı qorumaq da lazımdır. Təsəvvür edin ki, bu qədər əziyyət çəkilir, resurslar xərclənir və kimsə götürür öz şəxsi maraqlarını təmin etmək üçün ağacı kəsir. İndi bu da günümüzün aktual məsələsidir və məhz bu sahədə vətəndaşlarımızın sayıqlığına, ictimai qınağa ehtiyac çoxdur. Sevindiricidir ki, təbliğatımız səmərə verir, artıq vəziyyət xeyli dəyişib. Əhali ciddi surətdə ağac kəsənlərə qarşı çıxır və nəticə də odur ki, ağac kəsilməsi halları oldqca azalıb. Ağac əkilməsi də həqiqətən çoxalıb. Meşə və qeyri-meşə fondu ərazilərində bir il ərzində 2 milyondan artıq ağac əkilib. Ağac əkilməsinin təşviqi məqsədi ilə vətəndaşlara, icra hakimiyyətlərinə, təhsil müəssisələrinə yyaz və payız mövsümlərində 500 minədək ting paylanılıb.

- Yəqin başqa sahələrdə də görülmüş işlər var.

-Əlbəttə, yalnız yaşıllıqlarla kifayətlənməmişik. Əsas odur ki, ölkəmizdə ekoloji sağlam mühit formalaşsın, insanlar saglam yaşasın. Təsəvvür edin ki, yaşıllıqlar çoxalıb, lakin dəniz çirkləndirilməkdə davam edir, yaxud təbiətimiz plastik tullantılarla zibilləndirilir. Ona görə də bütün ekoloji məsələlər koompleks şəkildə diqqət mərkəzindədir və sağlamlaşdırma tədbirləri davam etdirilir. Yekun olaraq belə ifadə etmək istəyirəm, istəyimiz və amalımız odur ki, ölkəmizdə mövcud olan ümumi müqəddəs dəyərlər sırasında, insanlarımızın təbiətə sivil münasibət ideologiyası da yer alsın. Vətənimizi düşməndən qorumaq hər birimizin borcu oldğu kimi, təbiətimizi, ətraf mühiti qorumaq da bir borc olaraq üzərimizə düşür. Biz özümüz heç bir nəzarət olmadan ətraf mühitlə, təbiətlə davranmağı bacarmalıyıq. Evimizin içində necə davranırıqsa, evimizdən 100 kilometrlərlə uzaqda da o cür olmalıyıq – təmizliyə, səliqəliliyə riayət etməliyik. Bir sözlə, hər birimizin içində bir Ekologiya Nazirliyi olmalıdı. Bu ölkə, onun meşəsi, gölü, təbiəti bizimdi. Bizim olanı qorumalı və ona sahib çıxmalıyıq.

Sevinc Osmanova

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019
17.06.2019
Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikib
Əflatun Amaşov Saatlıda seçicilərlə görüşüb
AQTA əməkdaşları fermerlərlə görüşüb
Bu yolda rəngləmə işləri aparılır
"Milli qurtuluş fəlsəfəsi Azərbaycanın müstəqilliyini təmin etdi"- Millət Vəkili
"Belə bir tədbirin Bakıda keçirilməsi qürurvericidir" - Bahar Muradova
Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaqda daim maraqlıdır - İlham Əliyev
"Həyata keçirilən layihələr qadınların fəaliyyət göstərməsinə kömək edib" - Alessandro Fracassetti
Azərbaycanın və Gürcüstanın müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb
“15 iyundan etibarən Azərbaycanda həqiqi dövlətçilik quruldu” - Musa Quliyev