Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
““Amnisty İnternational” ın maliyyə qaynaqlarına, kimlər tərəfindən maliyyələşdirildiyinə baxmaq lazımdır” – Əliməmməd Nuriyev
Tarix: 23.05.2019 | Saat: 12:48:00
Bölmə:Siyasət | çapa göndər

“Ümumiyyətlə, “Amnisty İnternational” təşkilatı son illərdə Azərbaycanda keçirilən heç bir tədbiri həzm edə bilmir. 2015-ci ildən başlayaraq Birinci Avropa Oyunları, dördüncü İslam Həmrəyli Oyunları və bu qəbildən olan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən ölkəmizlə bağlı əsassız bəyanatlar yayırlar. Hər beynəlxalq tədbir öncəsi bu kimi bəyanatları təkrarlamağa başlayırlar”.

Bunu hafta.az-a açıqlamasında hüquq müdafiəçisi, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib. Əlimməməd Nuriyev hesab edir ki, “Amnisty İnternational”-ın Avroliqanın final mərhələsinin ölkəmizdə keçirilməsi ilə bağlı yaydığı bəyanatın arxasında bir neçə səbəb dayana bilər: “Birincisi, bu təşkilata Azərbaycanla bağlı məlumatların düzgün ötürülməməsidir. Çünki adıçəkilən təşkilatın Azərbaycanda hər hansı nümayəndəsi yoxdur. Üstəlik, son illərdə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması ilə bağlı hansı nəhəng işlərin görülməsindən məlumatsızdırlar. İnformasiyalar təhrif olunmuş formada bu quruma yönləndirilir. Birinci problem məlumat mənbələri ilə bağlıdır. İkincisi, bu təşkilatın bəzi rəhbər şəxsləri hər zaman Azərbaycana qərəzli mövqe tutublar. Digər tərəfdən, müəyyən dairələr var ki, onlar hər zaman Azərbaycana münasibətdə qərəzli olub. Bir çox müxtəlif standartların tətbiqi ilə bağlı cəhdlər edirlər. Əlbəttə ki, bu təşkilatların təsiri başqa qurumlara da olub”.

Əliməmməd Nuriyevin fikrincə “Amnisty İnternational”ın bu cür bəyanat səsləndirməsində erməni lobbisinin də rolu var. Hüquq müdafiəçisi bildirib ki, adıçəkilən qurumun rəhbərliyində, bəzi qurumlarında ermənilər fəallıq nümayiş etdirirlər: “Bundan başqa, “Amnisty İnternational” ın maliyyə qaynaqlarına, kimlər tərəfindən maliyyələşdirildiyinə baxmaq lazımdır. Orada çox müxtəlif mənbələr var. Erməni maliyyə dairələrinin də ““Amnisty İnternational”ı maliyyələşdirdiyini istisna etmirəm. Başqa bir məsələ onunla əlaqədardır ki, bəzi maliyyə qruplarının, anti-Azərbaycan mərkəzlərinin ölkəmizlə bağlı fərqli bir yanaşmaları var. Həmin mərkəzlərin yanaşması ondan ibarətdir ki, özləri üçün burada daha çox iqtisadi, eyni zamanda əlverişli layihələr əldə edə bilsinlər. Çox əlverişli şərtlər üzrə bunu reallaşdırmağa çalışırlar. Azərbaycan dövləti isə bütün layihələrdə siyasətini milli maraqlar üzərində qurub. Həmin layihələrdə onların iştirakı alınmadıqda onlar bu kimi bəyanatlar verməyə çalışırlar”.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti onu da bildirib ki, “Amnisty İnternational” ın Cənubi Qafqaz üzrə nümayəndəsi gürcü soyadlı bir şəxsdir. Onun Azərbaycana qarşı tez-tez hətta fərdi bəyanatlarını da görürük: “Bu təşkilatdakı bir sıra şəxslər anti-Azərbaycan mövqeli şəxslərdir. Bu tipli bəyanatların arxasında gələcəkdəki böyük qrandların olması dayanır. “Amnisty İnternational” kimi insan hüquqları təşkilatları bu kimi bəyanatlar verməklə və böyük olmayan dövlətlərdə “insan hüquqlarının pozulması”nı qabartmaqla daha böyük qrandlar əldə etməyə çalışırlar. Ona görə də “Amnisty İnternational” ın Avroliqanın keçirilməsi ilə bağlı yaydığı bəyanatın arxasında həm maliyyə, həm də siyasi-iqtisadi maraqlar dayanır. Həmin nüanslar bu və ya digər formada görünür. Azərbaycanda bu cür idman oyunları, eləcə də digər beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir və keçirilməkdə davam edəcək. Azərbaycan həmin tədbirlərə, yarışlara çox yüksək səviyyədə ev sahibliyi edir. Nəticələr də yüksək olur. Bir müddət əvvəl ölkəmizdə Formula 1 yarışları keçirildi. Çox yüksək səviyyədə təşkil edilmişdi. Ondan əvvəl keçirilən mədəniyyətlərarası dialoq forumunu qeyd edə bilərik. Azərbaycanda bu günə qədər çox möhtəşəm tədbirlər həddindən artıq yüksək səviyyədə təşkil olunub. Bu gün də bir futbol yarışı keçirilir. Görürsünüz, Avroliqanın finalının Bakıda keçirilməsi ilə bağlı nə qədər hay küy yaratmğa cəhdlər edilir. Bir daha qeyd edirəm ki, “Amnisty İnternational” ın bəyanatı heç bir fakta söykənmir və bunun arxasında sadaladığım maraqlar dayanır”.

Hüquq müdafiəçisi son aylarda Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı görülən işlərə toxunub. Ölkə başçısının bu yaxınlarda imzaladığı böyük əfv sərəncamını qeyd edib. O, bildirib ki, bəzi şəxslərin ölkədən çıxışı ilə bağlı bütün qadağalar götürülüb: “Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması ilə bağlı hər addımda böyük işlər gerçəkləşir. Bu yöndə islahatların dərinləşdirilməsi ilə bağlı böyük işlər görülür. Bununla bağlı böyük məzmuna malik proqram xarakterli fərman imzalandı. Bunların hamısı insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması deyilmi? Qanun aliliyinin təmin edilməsidir. Biz demirik ki, Azərbaycanda problem yoxdur. Bizdə olan bütün dünyada mövcuddur. Məhz ona görə də insan hüquq və azadlıqları ilə bağlı qurumlar, məhkəmələr, vətəndaş cəmiyyətləri mövcuddur. Amma Azərbaycanla bağlı qərəzli bəyanatlar hər zaman beynəlxalq tədbirlər ərəfəsində baş verir. Son bəyanatların arxasında birbaşa siyasi məqsədlər dayanır. İqtisadi məqsədlərə nail olmaq üçün insan hüquq və azadlıqlarını alətə çeviriblər. Çox təssüf ki, biz bunu bir sıra hallarda müəyyən nüfuza malik böyük təşkilatlardan da görürük. İndiyə qədər Azərbaycana gələn bir turistin də burnu qanamayıb. Son illərdə ölkəmizə təşrif buyuran turistlərin sayı daha da artır. Burada sabitlik var. Bəlkə də həmin turistlər özlərini burada öz ölkələrində olduqlarından daha rahat hiss edirlər. Hüquqlar tam olaraq qorunur. Hər hansı bir problem yoxdur. Rahat şəkildə Azərbaycana gələn qonaqlar, turistlər bu ölkənin istənilən yerinə gedə bilirlər. Ona görə də hesab edirəm ki, “Amnisty İnternational” ın axırıncı bəyanatları qərəzlidir”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019