Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
AQTİ-də qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən gənclərlə görüş keçirilib
Tarix: 23.05.2019 | Saat: 13:42:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kimya-texnologiya fakültəsinin bakalavr və magistrları ilə görüş keçirilib. 

Hafta.az xəbər verir ki, Görüş çərçivəsində tələbələr AQTİ-nin Milli Referens və Mərkəzi Baytarlıq laboratoriyalarının fəaliyyəti ilə tanış olublar. 
Tədbiri açıq elan edən İnstitutun İdarə heyətinin sədr müavini Zeynəb Qurbanova bildirib ki, məqsəd bilikli və bacarıqlı, qida təhlükəsizliyi sektorunda çalışmaq arzusunda olan gəncləri əməkdaşlığa cəlb etməkdir.
Z. Qurbanova Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi sahəsində peşəkar kadrların yetişməsində maraqlı olduğunu vurğulayıb.
Qeyd edib ki, bu məqsədlə müxtəlif ali məktəblərin tələbələri AQTİ-də təcrübə proqramlarına cəlb olunurlar. 
Təcrübə proqramları çərçivəsində tələbələr laboratoriyaların fəaliyyəti ilə tanışlıqla yanaşı, burada çalışan qabaqcıl ölkələrin aidiyyəti strukturlarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər, baytar-həkimlər və digər ixtisaslı mütəxəssislərin təcrübələrindən də faydalanırlar.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Dövlət qulluğu və kadr məsələləri sektorunun müdiri Tural Əlizadə çıxışında qida təhlükəsizliyinin təmin olunması, bu sahəyə peşəkar mütəxəssislərin cəlbi istiqamətində görülən işlər barədə məlumat verib. 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsinin dekanı, kimya elmləri doktoru, professor Sevinc Məmmədxanova belə görüşlərin təşkil edilməsinin vacibliyini vurğulayıb, bu cür təşəbbüsləri hər zaman dəstəkləməyə hazır olduqlarını bildirib. 
Qeyd edək ki, laboratoriyalarla tanışlıqdan sonra tələbələrlə müsahibə təşkil olunub və AQTİ-nin mütəxəssisləri tərəfindən onların bilik və bacarıqları qiymətləndirilib. 

Qeyd edək ki, müsbət nəticə göstərənlərin siyahısı tərtib edilərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyinə təqdim olunacaq.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019