Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Azərbaycan İstanbul konvensiyasına qoşulmalıdır" - Aqiyə Naxçıvanlı
Tarix: 23.05.2019 | Saat: 10:37:00
Bölmə:Sosial | çapa göndər

"Azərbaycan bu sahədə bütün konvensiyalara qoşulub və ən mükəmməl qanunlar qəbul edilib". Bu sözləri millət vəkili Aqiyə Naxçıvanlı BMT Əhali Fondunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə keçirdiyi "Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi nəticələri" adlı tədqiqatın təqdimat mərasimində deyib. Onun sözlərinə görə, məişət zorakılığına qarşı mübarizə müstəvisində qanunvericilik mükəmməldir. "Eyni zamanda, qadın hüquqlarının inkişafı sahəsində xeyli işlər görülüb. İstanbul konvensiyasına qoşulmaq lazındır. Bu konvensiya sözün əsl mənasında islahatlar məcmuəsidir. Ümid edirəm ki, Azərbaycan bu sənədə imza atmaqla bir çox efektli məticələr əldə edəcək" deyən A.Naxçıvanlıya görə, 2017-ci ildə qadın zorakılığı əsasında aparılan statistika var. Orada xarici mənbələrin apardığı araşdırmanın nəticəsi dövlət mənbələrinin verdiyi rəqəmlərlə üst üstə düşür. 

O, qadına qarşı zorakılığ sahəsində bir çox problemlərin qaldığını da vurğulayıb. Deyib ki, qadın sığınacaqlarının sayı, çəkilən xərclər və sair barədə dəqiq rəqəm və məlumatlar verilməlidir. Belə olarsa, Milli Məclisdə müzakirələr zamanı məhz həmin rəqəmlərə istinad edilər.

A.Naxçıvanlıya cavab olaraq H.Hüseynova deyib ki, dövlət başçısının göstətişinə əsasən artıq Azərbaycanın İstanbul konvensiyasına qoşulması barədə iş gedir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019