Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Statistika Şurasının növbəti iclası keçirilib
Tarix: 23.05.2019 | Saat: 17:00:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Mayın 23-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib.

Hafta.az xəbər verir ki, əvvəlcə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov iclasın gündəliyində duran məsələlər barədə Şura üzvlərini məlumatlandırıb. Bildirib ki, Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasına, ölkədə statistika sisteminin təkmilləşdirilməsi və inkişafına, həmçinin statistik məlumatlara olan inamın artırılmasına nail olmaq üçün rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsində innovasiyaların tətbiqinə xüsusi önəm verir. Bununla yanaşı, dayanıqlı inkişafı məqsədləri üzrə statistik məlumatların əldə edilməsi, inzibati məlumatlardan rəsmi statistika məqsədləri üçün istifadə imkanlarının artırılması üzrə dövlət orqanlarının məlumat bazalarının Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına inteqrasiyası, respondentlərin üzərinə düşən məlumat yükünün azaldılması, rəsmi statistika materiallarının istehsalı prosesinə çəkilən xərclərin optimallaşdırılması yolu ilə onun səmərəliliyinin yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Komitə sədri son illərdə həyata keçirilmiş struktur islahatları haqqında Şura üzvlərinə məlumat verərək qeyd edib ki, beynəlxalq təcrübə nəzərə alınaraq statistik proseslərin standartlaşdırılması, məlumatların yayım sisteminin təkmilləşdirilməsi, respondentlərə düşən yükün azaldılması, irihəcmli məlumatlardan (big data) istifadə və digər istiqamətlərdə müəyyən edilmiş tədbirlər də uğurla icra olunur.

Daha sonra komitə sədrinin müavini Yusif Yusifov “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi üzrə innovativ inkişafın dəstəklənməsi sahəsində mövcud vəziyyət”, Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə isə “İnzibati məlumatların istehsalı proseslərinin GSBPM-ə uyğunluq səviyyəsinin müəyyən edilməsinin metodologiyası və qiymətləndirmə (sorğu) vərəqinin layihəsi” haqqında ətraflı məlumat veriblər.

Müzakirələrlə davam edən Şura iclasında mövzu ilə bağlı təkliflər səsləndiririlib, müvafiq qərarlar qəbul edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019
17.06.2019