Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda uşaq pulunu kimlər alır?
Tarix: 23.05.2019 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Son illlər Azərbaycanda ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı islahatlar həyata keçirililməkdədir. Bu islahatlar ölkə əhalisi tərəfindən təqdir olunmaqla yanaşı, islahatların daha da dərinləşməsi, daha geniş sahələri əhatə etməsi vacib sayılır. Belə ki, vətəndaşları maraqlandıran məsələlərdən biri də uşaq pulunun bərpası məsələsidir. Bu məsələ zaman-zaman gündəmə gətirilsə də, hələlik həllini tapmamış sayılır.

Amma, hazırda müəyyən kateqoriyaya daxil olan insanların ölkəmizdə uşaqlar üçün nəzərdə tutulmuş sosial müavinətlərdən yararlanmaq imkanları var. Bu barədə hafta.az-a danışan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, ölkəmizdə 10-dan çox sosial müavinət növü məhz uşaqların sosial müdafiəsinə yönəlib: “Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ölkəmizdə daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır. Ölkəmizdə 10-dan çox sosial müavinət növü vardır ki, məhz uşaqların sosial müdafiəsinə yönəlib. Hazırda aylıq sosial müavinət sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara, şəhid ailələrinin və müharibə əlillərinin uşaqlarına, beşdən çox uşağı olan qadınların uşaqlarına, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan olan, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, valideyn himayəsindən məhrum olmuş uşaqlara, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına ödənilir. Bundan başqa yeni doğulan uşaqlara görə, Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına (ildə bir dəfə) birdəfəlik müavinət ödənilir. Digər tərəfdən ailə başçısını itirmiş ailələrin üzvlərinə aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, onların 95 faizdən çoxu uşaqlardır. Ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxu uşaqlardır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər”.

F.Talıblı həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanları ilə aprelin 1-dən sosial müavinətlər əhəmiyyətli dərəcədə artırılıb: “Artıq sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılıb. Eyni zamanda, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Bundan başqa, beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata çatdırılıb. Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata çatdırılıb.Uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata çatdırılıb. Ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb”.
Nazirlik rəsmisi onu da qeyd edib ki, hazırda sığortaolunanlara üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir: “Sığortaolunanlara 3 yaşınadək uşaqlara qulluğa görə ödənilən müavinətin aylıq miqdarı -1,5 yaşa kimi 44 manat, 1,5 yaşdan 3 yaşa kimi 28 manatdır. Bu vəsaiti almaq üçün iş yerinə uşağın doğum haqqında şəhadətnaməsini təqdim edir və onun ərizəsi əsasında iş yerində uşağa qulluğa görə məzuniyyət əmri verilir, həmin əmr və doğum haqqında şəhadətnamə iş yeri üzrə DSMF orqanına göndərilir, bundan sonra onun maaş kartına həmin pul ödənilir”.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz