Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Erməni bacı-qardaşın Bakıdakı yarışa qatılacağı bilindi - GÜNÜN TƏZADLARI
Tarix: 23.05.2019 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Mayın 24-də Milli Gimnastika Arenasının tarixində ilk dəfə olaraq aerobika gimnastikası üzrə Avropa Çempionatına ev sahibliyi edəcəyi bəlli oldu. Hafta.az xəbər verir ki, Oxu.az-ın yaydığı məlumata görə, qitənin 22 ölkəsindən ən güclü aerobika ustaları üç gün ərzində öz güclərini sınayacaq. 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin, aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaq. Bu yarışda erməni əsilli bacı-qardaşlar da iştirak edəcək. Söhbət Qarsevan və Duxik Canazyanlardan gedir. Bu iki ailə üzvü Rusiya millisinin üzvləri sayılır.


Ata-ana yeni doğulmuş körpəni taksidə unutdu


Almaniyanın Hamburq şəhərində taksidə unudulmuş körpəni valideynlərinə qaytardılar. Hafta.az Moderator.az-a istinadla bildirir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri yazıb. Olay ata -ana doğum evindən böyük uşaq və yeni doğulan körpə ilə taksidə evə qayıdarkən baş verib. Taksi sürücüsü evin yaxınlığında avtomobili dayandırıb, onlar taksi pulunu ödəyib, sürücü ilə vidalaşıblar. Bir neçə dəqiqədən sonra valideynlər yeni doğulmuş körpəni taksidə unutduqlarını biliblər. Ata yüyürərək taksiyə çatmağa cəhd edib, amma çatmayıb. Sürücü arxa oturacaqda körpənin qaldığını görməyib və körpə yatılı ikən sifariş qəbul etməkdə davam edib. Polisin sözlərinə görə, körpəni taksidə sərnişinlər görüb. Sürücü dərhal polis çağırıb. Uşağı müayinə etmək üçün xəstəxanaya çatdırıblar və sonra valideynlərinə qaytarıblar.


Türkiyə hərbçilərini Rusiyaya yolladı


Türkiyə “S-400” Zenit-Raket Sistemi ilə bağlı təlim almaq üçün Rusiyaya hərbçi göndərdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. Onun sözlərinə görə, bir neçə ay davam edəcək təlimlər artıq başlayıb. Qeyd edək ki, ABŞ hökuməti Türkiyəyə Rusiya "S-400" zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.


Rusiya raketdaşıyıcıları 11 saat ABŞ sərhədiboyu uçuş etdi


Rusiyanın iki strateji “Tu-95MS” raketdaşıyıcısı Aleut adalarının (Alyaska ştatına daxildir) sahilləri də daxil omaqla Çukot, Berinq və Oxot dənizləri üzərində 11 saat uçuş edib. Hafta.az-ın yazdığına görə, “Report” “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və kütləvi əlaqələr idarəsi məlumat yayıb. Bildirilib ki, uçuşun müxtəlif mərhələlərində ABŞ Hərbi Hava Qüvvələrinin “F-22” qırıcıları Rusiya təyyarələrini müşayiət edib. Nazirlik bütün uçuşların beynəlxalq qaydalara uyğun olaraq, başqa dövlətlərin sərhədini pozmadan keçirildiyini vurğulayıb. Qurum bildirib ki, bu, ikinci uçuşdur. Birinci uçuş mayın 21-də keçirilib. Həmin gün 4 “Tu-95MS” raketdaşıyıcısı Alyaskanın qərb sahilləri, Aleut adalarının şimal sahilləri də daxil olmaqla Çukot, Berinq və Oxot dənizləri üzərindən 12 saatlıq uçuş edib.


Meymun şəhərdə 10 nəfəri dişlədi


Hindistanda vəhşi əntər 10 gün ərzində yerli Bədnəvar şəhər (mərkəzi Hindistan) sakinlərini qorxu içində saxladı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, quduz meymun 10 nəfəri dişləyib. Zərərərçəkənlərdən biri – 60 yaşlı kişi xəstəxanada quduzluğa qarşı preparatın olmaması səbəbindən ölüb. Hökumətin belə hallara etinasız yanaşmasından hiddətlənən yerli sakinlər ölən kişinin meyitini yola çıxararaq nəqliyyat vasitələrinin irəliləməsinə mane olub. Polisin, artıq qatil əntəri saxladığı deyilir. Meymunun aqibəti barədə məlumat yoxdur.


Sumqayıtda evdən 40 göyərçin oğurlandı


Sumqayıt şəhərinin 1-ci mikrorayon ərazisində oğurluq hadisəsi baş verdi. Hafta.az-ın yazdığına görə, ONA xəbər verir ki, Niyaməddin Əjdərov həyətində saxladığı 40 ədəd göyərçinin yoxa çıxdığını görüb. Məlum olub ki, göyərçinlər oğurlanıb. O, bu baradə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edib. Aparılan axtarış zamanı məlum olub ki, göyərçinləri onun qonşuluğunda yaşayan 33 yaşlı Sabir Əliyev oğurlayıb. Həmin şəxs saxlanılıb. Araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019
17.06.2019