Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şabranda istixanada çətənə becərən şəxs saxlanılıb - FOTO
Tarix: 24.05.2019 | Saat: 12:28:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə Şabran RPŞ-nin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər çərçivəsində, rayonun Mollakamallı kənd sakini Laçın Atakişiyevə məxsus evin həyətyanı sahəsində yerləşən istixanada xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanıb.

Hal şahidlərinin iştirakı ilə həmin istixanaya baxış zamanı oradan yaş çəkisi 1755 qram təşkil edən hündürlüyü 10-204 sm olan 32 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019
17.06.2019