Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Rusiya nümayəndə heyəti Heydər Əliyevin məzarını ziyarət edib
Tarix: 24.05.2019 | Saat: 13:34:00
Bölmə:Siyasət | çapa göndər

Müdafiə naziri Maksim Topilinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gəlib.

Hafta.az-ın məlumatına görə, nümayəndə heyəti müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.

Şəhidlər xiyabanı ziyarət olunaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə olunub, şəhidlərimizin məzarları üzərinə gül-çiçək dəstələri qoyulub.

Nümayəndə heyətinin ölkəmizə səfərində məqsəd iki ölkə arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əlaqələrin genişləndirilməsi imkanlarının müzakirəsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsidir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.06.2019
17.06.2019
16.06.2019