Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Malayziya səfirliyində başsağlığı kitabı açılıb
Tarix: 24.05.2019 | Saat: 11:35:00
Bölmə:Dünya | çapa göndər

Malayziyanın Bakıdakı səfirliyində bu ölkənin sabiq kralı və indi hakimiyyətdə olan monarxın atası, Pahanq ştatının sabiq vəliəhd-hakimi Sultan Əhməd Şah əl-Musta-İn ibn əl-Məhrumın vəfatı münasibətilə başsağlığı kitabı açılıb.

Bu barədə Hafta.az-a Malayziyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Sabiq kral mayın 22-də 88 yaşında vəfat edib Kuala-Lumpur Milli Ürək İnstitutunda vəfat edib. Onun vəfatı ilə əlaqədar Pahanq ştatında bütün vətəndaşlar üçün 40 gün, kral ailəsinin üzvləri üçün isə 100 günlük matəm elan edilib.

Sultan Əhməd Şah Malayziya ştatlarının doqquz vəliəhd-hakimindən biri idi və 1979-1984-cü illərdə Malayziyanın kralı olub. Malayziya dövlət quruluşuna görə federativ konstitusiyalı monarxiyadır. 2019-cu ilin yanvarında səhhətinin pisləşməsi ilə əlaqədar Sultan Əhməd şah Pahanq sultanlığının taxtından imtina edib. Taxta onun ikinci oğlu, rəsmi vəliəhd Abdulla Riyatuddin Əl-Mustafa çıxıb.

Sultan Abdulla 2019-cu il yanvarın 31-də Malayziyanın kralı seçildikdən sonra II Abdulla adı ilə kral taxtına sahib olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019