Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
BMU-da “Mənim Azərbaycanım” adlı sərgi keçirilib
Tarix: 24.05.2019 | Saat: 14:28:00
Bölmə:Sosial | çapa göndər

Bakı Mühəndislik Universitetində (BMU) 28 May Respublika günü ilə əlaqədar “Mənim Azərbaycanım” adlı bilik və yaradıcılıq sərgisi keçirilib. Tədbirdə universitetin kollektivi ilə yanaşı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ), Sumqayıt şəhər və Abşeron rayon Təhsil şöbələrinin nümayəndələri və məktəb direktorları iştirak ediblər.

Hafta.az yazır ki, universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, təhsilə dövlət qayğısı nəticəsində tələbə və şagirdlər bilik və bacarıqlarını reallaşdıra bilirlər. O, universitet-məktəb əlaqələrinin vacibliyindən və əhəmiyyətindən danışıb, keçirilən sərginin buna nümunə olduğunu diqqətə çatdırıb.

Daha sonra Bakı, Abşeron və Sumqayıt məktəbliləri üçün nəzərdə tutulan tədbirdə şagirdlər universitetin tədris imkanları, maddi-texniki bazası və təhsil alan tələbələrin elmi, yaradıcılıq və sosial fəaliyyətlərini əks etdirən işlərlə tanış olublar.

Qeyd edək ki, orta məktəblərlə yanaşı Akademik Zərifə Əliyeva adına liseyin, Zirvə liseyinin, Bakı Avropa liseyinin, Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyasının, Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin və Sumqayıt şəhər Təfəkkür liseyinin şagirdləri də iştirak edib. Ziyarətçilərin əksəriyyətinin abituriyent olduğunu nəzərə alaraq universitetdə “Açıq qapı günü” də keçirilib. Onlara universitet, ixtisaslar və təhsil prosesi barədə ətraflı məlumat verilib.

Sərgi ziyarətçilərinə BMU-nun Memarlıq və İnşaat, Kompyuter kimya mühəndisliyi, kimya, biologiya, fizika, riyaziyyat, riyaziyyat və informatika müəllimliyi ixtisasları, Texnopark və İKT mərkəzi tərəfindən maraqlı elmi nümunələr və nəaliyyətlər təqdim olunub. Bununla yanaşı Arzu Məmmədovanın rəhbərliyi ilə dizayn ixtisasında təhsil alan tələbələrin əl işləri, ebru rəsm sənəti sərgilənib.

Bədii yaradıcılıq şöbəsinin müdiri Zəminə Axundovanın təşkilatçılığı ilə tələbələrin ifasında milli rəqs və mahnılar sərgiyə rəng qatıb. Şöbənin əməkdaşı Vüqar Məmmədov vətənpərvərlik mahnıları ifa edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019