Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda Zayed Humanitar Günü qeyd olunur
Tarix: 24.05.2019 | Saat: 14:45:00
Bölmə:Sosial | çapa göndər

Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Zayed Humanitar Günü qeyd olunur.

Bu haqda BƏƏ-nin ölkəmizdəki səfiri Məhəmməd əl-Qubaisinin imzası ilə Hafta.az-a daxil olan məqalədə deyilir.

Bildirilir ki, 1966-cı ildən Əbu-Dabi hakimi, 1971-ci ildə BƏƏ dövləti təsis edildiyi tarixdən vəfat edənədək ölkənin prezidenti olmuş Şeyx Zayed xeyirxahlıq və humanitar iş prinsiplərini qüvvədə saxlayan xeyirxah ərəb və dünyada tanınan dövlət xadimi kimi sevilib, ehtiram göstərilib. "Zayed Humanitar Günü, çarəsiz insanların həyat şərtlərini asanlaşdırmaq üçün ərsəyə gəlib. Şeyx Zayed irsinin bir hissəsi kimi, BƏƏ-nin donor təşkilatları fəlakət vəziyyətində olan, yardım tələb edən insanlara, qaçqınlara dərhal cavab verir" məqalədə deyilir.

Prezident Şeyx Xəlifə Bin Zayed əl-Nahyanın rəhbərliyi altında, BƏƏ dünya miqyasında ehtiyac sahibi insanlara dəstək verməklə Şeyx Zayed irsinə riayət edib. 2017-ci ildə BƏƏ dövləti beşinci dəfə idi ki, ümummilli gəlirə nisbətdə Rəsmi İnkişaf Yardımı (RİY) sahəsində 1,31 faizlə ən böyük beynəlxalq donorlar arasında birinci yeri tutub. Bu göstərici isə donor ölkələrinin səylərinin ölçülməsi üçün BMT tərəfindən təsis edilmiş qlobal standartın, yəni 0,7 faizin iki qatı deməkdir.

Vurğulamaq lazımdır ki, Azərbaycan dövləti tərəfindən göstərilən humanitar və inkişafa yardım fəaliyyəti dünyada yardıma ehtiyacı olan insanlara zamanında və effektiv yardım göstərmək və bu insanların həyat şəraitini yaxşılaşdırmaqda nümunəvidir.

2019-cu ildə bu görkəmli gün müqəddəs Ramazan ayının 19-cu günü ilə üst-üstə düşür.

Bakıdakı BƏƏ səfirliyi də, öz növbəsində, Şeyx Zayed irisnə, eləcə də Azərbaycanda qarşılıqlı dostluq və qardaşlıq prinsiplərinə sədaqətini nümayiş etdirir. "BƏƏ Qırmızı Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində səfirlik bu mübarək günlərdə sevinc yaymaq üçün Ramazan ərzaq bağlamaları paylayır, İftar süfrəsi təşkil edir. Bu günün sayəsində, biz fürsətdən istifadə edərək, insan olmağın, xeyirxahlığn, yardımlaşmaq və dəstək verməyin dəyərini göstəririk" - məqalədə deyilir.

Məqalə bu sözlərlə tamamlanır: "Bu mühüm gündə, səfirlik bizim əziz Azərbaycan dövləti və xalqına ən səmimi firavanlıq və əmin-amanlıq arzularımızı çatdırır".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019