Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
BSU-da Respublika Gününə həsr olunmuş tədbir keçirilib
Tarix: 24.05.2019 | Saat: 16:01:00
Bölmə:Sosial | çapa göndər

Bakı Slavyan Universitetində (BSU) Məktəbəqədər təlim- tərbiyə və ibtidai təhsil fakültəsinin İbtidai təhsil kafedrası tərəfindən Auditoriya+ layihəsi çərçivəsində 28 May Respublika Gününə həsr olunmuş “Azərbaycan Xalq Cumhuriyyəti və onun ənənələri” mövzusunda tədbir keçirilib.

Hafta.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Himnin ardından çıxış edən İbtidai təhsil kafedrasının dosenti Şükufə Ağakişiyeva 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu vurğulayıb. O bildirib ki, həmin tarix illərdir regionun hər yerində Respublika Günü kimi böyük təntənə ilə qeyd edilir.

Sonra AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin müdiri, professor Qasım Hacıyev mövzu ilə bağlı BSU tələbələrinə geniş mühazirə oxuyub. Q.Hacıyev çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən danışaraq bildirib ki, müsəlman Şərqində ilk parlamentli respublikanın yaranması xalqımızın çoxəsrlik və zəngin tarixinin ən şanlı, parlaq səhifələrindəndir. Professor Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə daşnak-bolşevik qüvvələrinin dağıdıcı fəaliyyəti, gənc respublikaya və onun qurucularına qarşı erməni terrorçu təşkilatlarının törətdikləri sui-qəsdlər, mənfur düşmənlər tərəfindən bütün istiqamətlərdə aparılan aramsız terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətləri barədə ətraflı danışıb. Qasım Hacıyev vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin mədəni-mənəvi dəyərlərə, azərbaycançılıq məfkurəsinə, müstəqillik idealarına dərindən bağlılığı sayəsində milli yaddaşda xüsusi yeri olan Azərbaycan Xalq Cümhuriyyəti dövrü özünün əsl qiymətini alıb.

Tədbirdə mövzu ətrafında müzakirələrə davam edib.

Sonda Məktəbəqədər təlim- tərbiyə və ibtidai təhsil fakültəsinin tələbələri vətənpərvərliklə bağlı şeirlər səsləndiriblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019
İpoteka və Kredit Zəmanət Fondu prosedur qaydalarına dəyişiklik edib
Sabah 34 dərəcə isti olacaq - Proqnoz
Piyadanı vurub qaçan sürücü saxlanıldı
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb
“Əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması vətəndaşların sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək” - Millət vəkili
Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb - Rəsmi
Müəllimlər Prezidentə təşəkkür edirlər... - SORĞU
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir - Əli Əhmədov
"Rayon təhsil şöbələri, məktəb direktorları vakant yerləri gizlədirlər" - Ekspert