Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Amnesty İnternational” antiazərbaycan dairələrin əlində alət rolunu oynayır"- MİLLƏT VƏKİLİ
Tarix: 24.05.2019 | Saat: 16:37:00
Bölmə:Sosial | çapa göndər

Çox təəssüf ki, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi artdıqca, ölkəmizin inkişafını, tərəqqisini gözü götürməyən qüvvələr fəallaşmağa başlayırlar.

Bu sözləri hafta.az-a millət vəkili Pərvin Kərimzadə ölkəmizdə keçiriləcək idman yarışına qarşı “Amnesty İnternational”nin irəli sürdüyü iddialara münasibət bildirərkən deyib.

Millət vəkili hesab edir ki, “Amnesty International” təşkilatının qərəzli mövqeyi illər əvvəl ölkəmizlə bağlı yaydığı hesabatından aydın idi:

“Ölkəmiz növbəti dəfə idman tarixinə yeni möhtəşəm bir səhifə yazacaq. Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq miqyaslı yarışlara, konfranslara festivallara, qlobal forumlara bir sözlə, nüfuzlu tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Tək 2018-ci ildə respublikamızda Formula 1 Azərbaycan Qran-Prisi, velosiped idmanının BMX növü və cüdo üzrə dünya çempionatları, gimnastika növləri üzrə dünya kubokları, Avropa çempionatı, Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresi, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumu çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar, tədbirlər təşkil olunub. Bu il də Azərbaycan müxtəlif idman növlərini əhatə edən beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi edərək, idman ölkəsi statusunu qoruyub saxlayıb. İlin ilk beynəlxalq idman yarışına “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan gimnastika üzrə bir neçə irimiqyaslı yarışlarla imza atılıb. Dünyanın diqqətini ölkəmizə yönəldən ən əhəmiyyətli idman tədbirlərindən biri Formula 1 Azərbaycan Qran-Prisi uğurla başa çatıb. Tədbirlərlə, yarışlarla bağlı gələn idmançılar, qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılıblar. Artıq dünyanın diqqəti yenidən ölkəmizə mayın 29-da keçiriləcək UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununa yönəlib. Bu, beynəlxalq idman federasiyalarının respublikamızda aparılan işlərə, həmçinin idman və bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin daha bir təzahürüdür. Azərbaycanın mötəbər idman yarışların uğurla ev sahibliyi etməsi heç də təsadüfi deyil. Ölkəmizdə həyata keçirilən uğurlu siyasət, imkişaf, tərəqqi, ən əsası sabitlik və təhlükəsizlik kimi amillər dövlətimiz üçün müəyyən dividendlər gətirib. Erməni lobbisinin və onların havadarlarının əlində alətə çevrilən qərəzli dairələr zaman-zaman, fürsət düşdükcə öz çirkin planlarını həyata keçirməyə, anti-Azərbaycan kampaniyası aparmağa cəhd edirlər. Belə qərəzli təşkilatlardan olan “Amnesty International” UEFA Avropa Liqasının final qarşılaşmasının Azərbaycanda keçirilməsi ilə bağlı ölkəmiz əleyhinə bir sıra əsassız fikirlər səsləndirib. Təşkilatın məlumatında ölkəmizdə insan haqlarının vəziyyətinin guya qənaətbəxş olmaması ilə bağlı fikirlərə yer verilib. Anti-Azərbaycan dairələrin əlində alət rolunu oynayan “Amnesty İnternational” təşkilatının bu gün ara qatmağa çalışması, gülünc, absurd fikirlər səsləndirməsi də növbəti qarayaxma kampaniyanın davamıdır. “Amnesty İnternational” unudur ki, informasiya əsrində yaşayırıq. Dünya ictimaiyyəti də, ölkəmizdə UEFA Avropa Liqasının final qarşılaşmasını izləmək istəyən idmansevərlər də Azərbaycanın gündən-günə yüksələn imici, sabitlik adasına çevrilməsi ilə bağlı məlumat toplamaları an məsələsidir. “Demokratiya”, “insan hüquq və azadlıqları” adı altında korrupsiyalaşmış “Amnesty İnternational” təşkilatının bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu da hamıya məlumdur. Müxtəlif formalarda Azərbaycanın imicinə ləkə yaxmağa çalışan qüvvələr bir nüansı – XXI əsrdə yaşadığımızı, ən son yenilikləri, xəbərləri, istədiyin məlumatı internet vasitəsi ilə 1dəqiqənin içində əldə edilməsini nəzərə almayıblar. Qarayaxma kampaniyaları uğursuzluqla nəticələnəcək və ölkəmiz növbəti dəfə idman tarixinə yeni möhtəşəm bir səhifə yazacaq”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb
“Əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması vətəndaşların sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək” - Millət vəkili
Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb - Rəsmi
Müəllimlər Prezidentə təşəkkür edirlər... - SORĞU
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir - Əli Əhmədov
"Rayon təhsil şöbələri, məktəb direktorları vakant yerləri gizlədirlər" - Ekspert
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyalarının iclasları keçirilib
“Əmək haqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq” – Tahir Mirkişili
Bu il Qazax rayonunda 12555 hektar sahədə taxıl əkilib - Nazirlik