Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
KOB dostları özünüməşğulluğa dəstək göstəri
Tarix: 24.05.2019 | Saat: 17:38:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) və Agentliyin ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində özünüməşğulluq proqramına cəlb olunmuş iştirakçılar üçün təlimlər davam etdirilir.

Agentlikdən hafta.az-a verilən məlumata görə, KOBİA və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən birgə təşkil olunan təlimlərdə özünüməşğulluq proqramına qoşulmuş iştirakçılara xidmət və istehsalla bağlı biznes planların hazırlanması, sahibkarlıq sahəsində hüquqi məsələlər tədris olunur.

Ümumilikdə təlimlərdən özünüməşğulluq proqramına qoşulmuş 193 nəfər yararlanıb.

Təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar verilir.

Məlumat üçün qeyd edək ki, əhali arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, mikro və kiçik sahibkarlığın inkişafı, məşğulluqda KOB subyektlərinin payının artırılması məqsədilə KOBİA 3 istiqamətdə özünüməşğulluğa dəstək göstərir. Bunlar özünüməşğulluq proqramına cəlb olunmuş şəxslər üçün təlimlərin keçirilməsi, proqrama qoşulmaq istəyən şəxslər üçün məşğulluq mərkəzləri ilə yanaşı, KOB dostlarına müraciət etmək imkanının yaradılması, zəruri aktivlərlə təmin olunmuş iştirakçılara mikro və kiçik biznes subyektinə çevrilmələri üçün məsləhət və digər zəruri xidmətlərin göstərilməsidir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019